İlham Əliyev: “Qarabağda ermənilərə mədəni muxtariyyət verə bilərik” – Rusiya mediası

Yaponiyanın Nikkei qəzetinə verdiyi müsahibədə Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ bölgəsinin Bakının nəzarəti altına qaytarılması halında ermənilərin mədəni muxtariyyətinin mümkünlüyündən danışıb.

KONKRET.az xəbər verir ki, onun müsahibəsini Azərbaycan liderinin mətbuat xidməti yayımlayıb.

İlham Əliyevə “Əraziyə Bakının nəzarət qaytarılacağı təqdirdə Qarabağda yaşayan ermənilərə öz müqəddəratını təyinetmə hüququ veriləcəkmi?” sualı verilib.

“Öz müqəddəratını təyinetmə məsələsinə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Müstəqil bir Ermənistan dövləti var”. Azərbaycan lideri cavabında belə deyib.

“Öz müqəddəratını təyinetmə məsələsi Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır”. Prezident əlavə edib.

“Müxtəlif öz müqəddəratını təyinetmə növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Bunu Avropanın inkişaf etmiş ölkələrində, insanların bələdiyyələrində və icmalarında müəyyən hüquqlara sahib olduqlarında görürük. Azərbaycanın hər yerində olduğu kimi, ölkəmizdə yaşayan ermənilər də bu cür təmaslarda ola bilər” deyib.

Eyni zamanda, Dağlıq Qarabağda referendum keçirilməsinin mümkünlüyünü istisna edib.

“Dağlıq Qarabağda referendum olmayacaq. Biz heç vaxt bununla razılaşmayacağıq … Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına əsla icazə verməyəcəyik” bildirib.

“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq qalacaq, hüquqları və təhlükəsizlikləri təmin ediləcək”. İlham Əliyev əlavə edib.

Bundan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan İrəvanın Qarabağın müstəqilliyini tanıma ehtimalını qiymətləndirmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan üçün “qırmızı xətt”in Qarabağın öz müqəddəratını təyin etmə haqqı olduğunu bildirib.

İlham Əliyev də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü Bakı üçün “qırmızı xətt” adlandırıb. O qeyd edib ki, “heç bir halda Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •