CƏBHƏ GÜNDƏLİYİ — 22. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Füzulinin 3, Cəbrayılın 4 kəndi işğaldan azad edilib

 «Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!» Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib. 

***“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü” — Ali Baş Komandan 

“Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”

Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

***Prezident internetə qoyulan qadağanın nə vaxt bitəcəyini açıqladı 

Prezident İlham Əliyev internetə qoyulan qadağa haqqında danışıb. Dövlət başçısı müsahibəsində müharibənin aktiv fazasının bitməsi ilə internetin bərpa ediləcəyini deyib: «Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır». 

***“Bu gün Prezident başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır” — Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə müsahibə verib.Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: «Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərlə yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır.» 

***Ərdoğan və Ruhani Qarabağdan danışdı 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub. Bu barədə məlumatı “Anadolu” yayıb. Məlumata görə, Türkiyə-İran münasibətlərini inkişaf etdirəcək və terrorla mübarizədə əməkdaşlığı gücləndirəcək məqamların müzakirəsi gedən danışıqda Azərbaycan-Ermənistan münaqişəsi və Suriya başda olmaqla regional məsələlər üzrə fikir mübadiləsi aparılıb. Ermənistanın dinc əhaliyə qarşı etdiyi təcavüzün hərbi cinayət olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğal edilən ilə işğalçını ayırd edilməsinin vacib olduğunu qeyd edib. 

***Putin: “İlham Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq” 

«Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün uğurlu olacağına ümid edir, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya ilə həmrəy şəkildə çalışacağına ümid edir”.

«İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin «Valday” klubunun iclasında çıxışı zamanı deyib.

«Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, — deyə Rusiya lideri bildirib. «Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, — deyə Vladimir Putin bildirib.

***Ermənistan işğal etdiyi əraziləri tərk edəcək! Bu qədər sadə” – Türkiyənin müdafiə naziri 

«30 ildə nə iş görülüb? Nə vaxt ki, Ermənistanın artan təcavüzkarlığından sonra azərbaycanlı qardaşlarımız öz torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başladı, 30 ildir susanlar sülhdən, atəşkəsdən və müzakirələrdən danışmağa başladılar”.

«Bu, heç səmimi deyil. Məsələnin çox sadə yolu var. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir! Ermənistan muzdlu əsgərləri, terrorçuları bölgədən göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə. Biz də Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə söylədik, Türkiyə Cümhuriyyəti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik”, — deyə nazir vurğulayıb.

***»Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz» — Vladimir Putin 

«Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz».

TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin söyləyib.

***“Ərdoğanla işləmək xoş və etibarlıdır” — Putin

Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, eləcə də Türkiyə ilə münasibətlərdən danışıb.

Bu barədə «RİA Novosti» məlumat yayıb.

Putin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır: «Onun kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də belədir: Türkiyənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu dedi və aldı». 

***MN: “Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir” 

“Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan — İran dövlət sərhədi tam nəzarətə götürülüb. Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir”.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. O qeyd edib ki, Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir.

***Ağbənd sərhəd zastavasında Azərbaycan bayrağı dalğalanır 

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağbənd sərhəd zastavasında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır. .

***Düşmənin itkiləri durmadan artır

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları nəticəsində sarsıdıcı zərbələrə məruz qalan Ermənistan itkilərini açıqlamağa davam edir.

Ermənistan müdafiə nazirliyinin yaydığı son məlumata görə, döyüşdə məhv edilən 928 erməni hərbçisinin adı müəyyənləşib.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur.

***İsrail səfiri Gəncədə: Erməni vandalizminin qurbanlarını yad etdi 

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncəyə gedib.

Bununla bağlı İsrailin Azərbaycandakı səfirliyinin rəsmi “Twitter” səhifəsi məlumat paylaşıb. C.Dik Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edib, həlak olan mülki vətəndaşları yad edib.

***Rusiyadan kritik Qarabağ AÇIQLAMASI 

Dağlıq Qarabağ müzakirələrində Türkiyənin iştirak edib-etməyəcəyinə yalnız münaqişə tərəfləri qərar verə bilər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Üçüncü ölkələrin Qarabağ üçün həll prosesinin qatılması tamamilə tərəflərinin siyasi iradəsinə bağlıdır. Sözügedən tərəflər Azərbaycan və Ermənistandır”, — Peskov bildirib.

***Ermənistan müdafiə naziri Qarabağa gəldi

Ermənistanın müafiə naziri David Tonoyan işğal altındakı Dağlıq Qarabağa gəlib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yazıb.

Tonoyan Qarabağdakı yaşayış məntəqələrindən birində sakinlərlə görüşüb. Əhali ilə arada mübahisə yaranıb və Tonoyan qaçmaqla aradan çıxıb

.***Kreml: Türkiyə ilə fikir ayrılığı var 

Rusiya ilə Türkiyə arasında fikir ayrılıqları var. Lakin ABŞ-la aramızda olduğu qədər böyük deyil.

Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. “Bu fikir ayrılıqlarını aradan qaldırmağa xidmət edən əməkdaşlıq potensialı mövcuddur”, — deyə Peskov bildirib.

***Paşinyan eynicinsli evlilikləri qanuniləşdirəməyə hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanıyacağı təqdirdə, ölkəsinin eynicinsli evlilikləri qanuniləşdirəməyə hazır olduğunu bəyan edib.P.S. Paşinyan neləsin, erməni kişiciklərini qırğına verib. Qoy indi Haykanuşla Siranuş evlənsinlər…

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: