Sarkisyan Makronla «dərdləşməyə» gedib

23 oktyabr, cümə günü, Ermənistan Prezidenti Armen Sarkisyan Parisdəki Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

ER Prezident Aparatından verilən məlumata görə, görüş zamanı Sərkisyan və Makron Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediBlər. Sərkisyan, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın səylərini və mövqeyini, şəxsi səylərini və münaqişənin həlli məsələsində Prezident Makronun mövqeyini yüksək qiymətləndirdiyini qeyd edərək, Macrona təşəkkür edib.

Emmanuel Makron davam edən döyüş əməliyyatları və yaranan vəziyyətlə bağlı narahatlığını dilə gətirdi. Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə alternativin olmaması barədə razılığa gəldilər və barışıq barəsində əldə edilən razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğuladılar.

P.S. Makronun şətəli bu dəfə də Qafqazda işləmədi…

Bu xəbəri paylaşın: