Qardaş ölkədə terror aktı: 4 ölü, 5 yaralı

Pakistanın Ketta şəhərində bomba quraşdırılmış motosiklet partladılıb.

Fedai.az  xəbər verir ki, terror aktı nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Partlayış zamanı yaxınlıqdakı nəqliyyat vasitələrinə, mağazalara ciddi ziyan dəyib.

Hələ ki məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. (axar.az)

Bu xəbəri paylaşın: