Quldurbaşı Araik «uşaq bağçasına» gedir

Ermənistan silahlı qüvvələrinin komandirlərinin işğal olunmuş Xankəndidə iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub.

Ötən gün Dağlıq Qarabağda separatçı rejimin hərbçiləri uşaq bağçasında iclas keçirib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Məlum olub ki, həmin bağça Xankəndi şəhərində yerləşən 3 saylı uşaq bağçası olub.

Bu informasiya yadıma Əzraildən qaçan birinin uşaq bağçasına sığınması barədə bir lətifə saldı. Vaxtı çatmış yaşlı birisi uşaq bağçasına gedir və uşaqlarla oynayıb yemək yeyirmiş. Birdən gözünə Əzrail görünür və ondan soruşur:

-Burada neyləyirsən?

Yaşlı adam cavab verir:

-Appa yeyirəm.

Əzrayıl deyir:

-Appanı ye, səni oppalara aparacam…

Hazırlaş, Araik, səni də tezliklə qəhrəman əsgərimiz oppalara aparacaq…

Bu xəbəri paylaşın: