Qarabağda ermənilər qanunsuz məskunlaşdıqları Çarəkdar kəndini boşaldırlar

Kəlbəcər rayonunun düşmən işğalından azad edilməsi çərçivəsində Rusiya sülhməramlıları Çərəkdar kəndinin boşaldılmasına yekunlaşdı.

Kənddə məskunlaşan erməni ailələri kəndi tərk edirlər. Bu kənddə məskunlaşan ermənilər, müxtəlif rayonlardan qaçqın düşənlərdən ibarət olub.

BBC yazdığına görə, Çərəkdar kəndi, Dağlıq Qarabağın şimal hissəsini Ermənistanla birləşdirən dağ yolunun kənarında yerləşirdi, bir neçə ev axşam qaranlığında parlaq məşəllərlə yanır. Yaxınlıqda — ev əşyaları ilə dolu yük maşınları görünməkdədir.

«Biz azərbaycanlıların evlərimizdə yaşamasını istəmirik. Qoy özləri üçün evlər tiksinlər» — deyə Çərəkdar sakini, 33 yaşlı Karen cavab verib. Karen, BBC müxbirinə bildirib ki, tezliklə, bəlkə də bir neçə ildən sonra Çərəkdara qayıda biləcəyinə əmindir. Açıqcası, bunun dinc qayıdış olmaması tonundan və ümumi əhval-ruhiyyəsindən başa düşüləndir.

Xatırladaq ki, Çərəkdar kəndində heç zaman ermənilər yaşamayıblar. Bu da növbəti erməni həyasızlığıdır.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: