Putindən Qarabağ açıqlaması

Qarabağdakı vəziyyət sabitləşir.

Bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin səfirlərinin etimadnamələrini təqdimetmə mərasimində deyib.

«Dağlıq Qarabağdakı dost Azərbaycanımızın və Ermənistanın vətəndaşlarının ölümü ilə nəticələnən hərbi əməliyyatların dayandırılması üçün güclü səylər göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər — Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Əldə edilən əsas şey qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli bəyanatındakı barışığa nail olmaqdır».

Onun sözlərinə görə, Rusiya beynəlxalq təşkilatların Qarabağda məskunlaşma prosesindəki iştirakına ümid bəsləyir.

Bu xəbəri paylaşın: