Tarkan Suçıkar
Əsas mövzumuz İskit — Sak imperiyası və Kimmer türkləri ilə sıx bağlıdır. Kimmerlər və İskitlər qədim türk mədəniyyət tariximizdə ilk Avropa dövlətini quran türklərdir (İskit-Saka imperiyası).
E.ə. VIII əsrdən etibarən Çin səddindən başlayaraq Dunay çayı və Macarıstana qədər bütün Anadolu da daxil olmaqla İskit deyə adlandırılan bu qövmlərin yayılma zonaları olaraq müəyyən edilmişdir.

İskitlərin türklüyü məsələsi
Onların Türklüyünü isbat edən göstəricilərdən biri, Bizans mənbələrinin Orta əsrlərdə İskitlərin siyasi gücündən əsər qalmamasına baxmayaraq, hələ İslam dinini mənimsəməmiş Türk cəmiyyətlərindən İskit deyə bəhs etmələridir. Ayrıca 17-ci əsrdə məşhur Boqdan Voyevodası Dimitri Kantemiroğlunun yazdığı «Osmanlı tarixi» əsərində də İskitlərlə Krım Tatarları arasındakı eyniyyətdən geniş bəhs olunur. İskitlərin məzar (kurqan) strukturları, ənənə və adətləri, cənazə mərasimləri, kımız içmələri, at yetişdirib, çox yaxşı ox-yay istifadə etmələri, köçəri olmaları, digər Türk boyları kimi donuz saxlamamaları və donuza nifrət etmələri, andiçmə mərasimləri, Türklərə xas qan qardaşlığı məsələsi, boylar halında təşkilatlanmaları, heyvan üslubu və sənət nümunələri onların Türk olduqlarına dair şübhə buraxmamışdır.
E.ə. IX əsrdə Çin qaynaqlarına görə Monqolustan və Türküstanda meydana gələn müdhiş qıtlıq, quraqlıq, Çin İmperatoru Suanın hücumları və çəyirtkə hücumları (1) Hunların atası Hiung-Nuarı qərbə doğru köç etməyə məcbur etmişdir, bu vəziyyətdə İskitlər daha qərbə çəkilmək məcburiyyətində qalmış və Proto Türklər dediyimiz Ural-Altay mənşəli bozkır göçəbələrindən biri olan Kimmerlər olduqları bölgələrdən qalxaraq, Anadolu da daxil olmaqla bir çox bölgələrə köçmüşdülər. Bu, bir növ xalqların köçüydü. Heredot bu köçləri öz əsərlərində ətraflı olaraq anladıb.

Bu dövrdə ən güclü dövlətlər olan Assuriya ilə yanaşı olaraq Anadoluda Frig, Lidiya, Urartu və İyon şəhər dövlətləri Kimmer hücumları qarşısında dəhşətə düşmüş və bu dövlətlərin məşhur hökmdarları bir-bir məğlub olaraq diz çökmüş, bəziləri isə qürurlarını sındırmamaq üçün intihar etmişdilər. Anadolunun siyasi mənzərəsi böyük sarsıntılara məruz qaldı.
Kimmerlərin hücumları və Assur təzyiqinə dözə bilməyən Urartu kralı 1. Rusa (e.ə. 714-730) Tuşpa intihar etdi. Bundan sonra iki düşmənlə baş edə bilməyəcəyini anlayan Urartular Kimmerlərlə anlaşdılar və Kimmerlərin hücularının birində Assuriya kralı II Sarqon da öldürülür. Kimmerlərin ana köç yolu isə buradan qərbə yönəlir və Frigləri sıxışdırmağa başlayırlar. Bu dövr Friglərin ən güclü olduğu dönəmlər idi. Ancaq Friq dövləti güclü olmasına baxmayaraq bu təzyiqlərə çox dözə bilmədi və bir anda gözlənilməz şəkildə yıxıldı. Ölkənin paytaxtı Qordion yağmalanırkən əfsanəvi kral Midas öküz qanı içərək intihar etdi. Lidiya sərhədlərinə dayanan Kimmerləri Assur-Lidya ittifaqı belə çətinliklə durdura bildi. Ancaq məşhur kral Yolunun memarı Giges Kimmer hücumları nəticəsində öldürülmüşdü.

Bu dövrdə Konyanın Ereğlisi bölgəsindəki məğlubiyyət Kimmerlərə çox da təsir göstərmədi, yenidən Lydiya sərhədlərinə çatdılar. Antik mənbələrə görə Qara dənizdəki güclü Yunan koloniyalarından olan Sinop (Sinop) də məhv edildi. Yunanlar bir müddət Qara dənizdən uzaqlaşdırıldılar və Kimmer boyları bölgədə öz hakimiyyətlərini qurdular. Beləcə Kimmer Türkləri ilə Amazon əfsanəsi ortaq bir coğrafiyada və zamanda meydana çıxdığı görünür.
İndi isə Yunan mənbələri Heredot, Hippokrat və əfsanələrin verdiyi məlumatların işığında Amazonkalara keçək.
Amazonlar türkdürlərmi?
Amazonkalar yunan, Roma / Latın resursları görə Sinopun şərqindəki Thermodon / Terme Çayı hövzəsi və onun ətrafında yaşayırmışlar. «Amazon» sözü qadın döyüşçü deməktir. «A-mazos »döşsüz» deməkdir. Amazonların rahat savaşa bilmək, yayı daha güclü çəkə bilmək üçün sağ döşlərini kəsdikləri və ya dağladıqları deyilir. Amazonların İskit olduğunu anlamaq üçün məşhur həkim Hippokratın (2) İskit qadınları haqqında yazdıqlarını oxumaq kifayətdir.» İskit qadınları çox yaxşı ata minər və ox-yay işlədirdilər. Qız qaldıqları müddətcə ata minər və savaşırdılar. Üç düşmən əsgəri öldürməyincə evlənə bilməzdilər.

Evləndikdən sonra isə ata minməz və silah işlətməzdilər. Qadınların sağ məmələri yox idi. Çünkü amazon qızların kiçik uşaqkən mis bir alət qızdıraraq sağ döşləri dağlanardı. Beləcə sağ məmə böyüməz və bədənin bütün gücü sağ qola və çiyinə gedərdi. »Qədim Yunan mifologiyasına görə isə Amazonkalar döyüş tanrısı Ares (Ərəs) ilə Afroditanın çocuqlarıdırlar». Aralarında kişi olmadan bir kraliça ilə idarə olunurdular. İldə bir dəfə nəsillərinin davamını təmin etmək üçün qonşuları olan Qarqar erkəkləri ilə birlikdə olar və doğan oğlan uşaqlarını öldürər, ya da Qarqarlara verərdilər. Əfsanələrə görə Amazonkalar Ege adalarına, Livana, Yunanıstana qədər irəliləmişdilər. Amozonkalar Smyrna (İzmir) başda olmaq üzrə bir çox şəhərin və Efesdəki Artemis mədəniyyətinin qurucusu sayılırlar. Efesi fəth edən Amazonun adının Smyrna olduğundan bəhs edilir.
Amazonların çox yaxşı ata minmələri (Türklərin ən böyük xüsusiyyəti) o dövrdə atı arabaya qoşaraq istifadə etmələri yunanlarda yox idi. Heredotda da Amazon əfsanələrinə çox yer verilir. Onun yazdığına görə Amazonlar yunanlarla döyüşüb məğlub olmuş, əsir Amazonlar gəmilərlə aparılarkən gəmiləri ələ keçirmiş və Krımda sahilə çıxmışlar (buralar da İskit bölgəsidir). Burada İskitlərlə evlənərək qarışmışlar və daha sonra döyüşçü ruhlarını qoruyan hissə yenidən ayrılmışdılar.
Sakca tam danışmamalarına baxmayaraq dilləri sak diliydi. Qurd kimi və qurd dərisindən başlıq və paltar geydiklərindən də bəhs edilir. Onsuz da iskitlərdə qadının rolu çox əhəmiyyətli idi, döyüşlərə qatılmaqla qalmaz, hökmdar belə ola bilirdilər. İran İmperatoru Kiri son səfərində məğlub edən İskit çariçası Tomris olub. Onun yaşadığı coğrafiyada qadın savaşçılarla əlaqədar məlumat və əfsanələrin çox olması bilinən bir gerçəkdir.
Bütün bu məlumatlar işığında İskit-Sak və Kimmerlərin Türklüyü onsuz da sübut olunub, əgər İskit qadınlarına duyulan heyranlıqdan uydurulan Yunan əfsanəsi deyil, gerçək isə Yunan əfsanələrinə baxsaq Amazonların da Türk olduğunu söyləmək məntiqsiz olmaz.
Türk Millətinin yetişdirdiyi qəhrəman Türk qadınları və yeri gəldiyində kişisindən fədakar və cəsur qadın döyüşçülər kimi savaşdığını dünyaya isbat etmişdir.
Bacıyan-ı Rumların, Nənə Xatunlar, Kara Fatma Anaların Amazonlardan nələri əskikdir ki?
Referanslar:
Asiya ölkələrindəki ilk türklər -Prof.Dr. M. Taner
Tehran Mədəniyyətlərin Ruhu — Nazmi Eroğlu
Türk Dövlətləri-Prof.Dr. Anıl Çeçen
Tarixi Terimler Sözlüğü-Yılmaz Öztuna