Daşaltı yaxınlığında şəhid olan əsgərin qardaşı da 1992-ci il Daşaltında itkin düşmüşdü

Azərbaycanlı əsgər Şuşa yaxınlığında minaya düşərək şəhid olub.

Şəhidimiz Nahid Musa oğlu Ağalarov, 44 günlük müharibənin qəhrəmanlarındandır. Bir neçə gün öncə Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Nahid Ağalarov Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub.

Bildirilir ki, Nahidin böyük qardaşı Yaşar Ağalarov da Birinci Qarabağ müharibəsində – Daşaltı əməliyyatında itkin düşmüşdü, uzun illər ondan xəbər çıxmadıöına görə ona şəhidlik statusu verilmişdi.

Tale elə gətirdi ki, Nahid də qardaşının döyüşdüyü yerdə – elə Şuşada, Daşaltı yaxınlığında şəhid oldu.

Məkanları cənnət olsun!

P.S. Rusiyanın sülhməramlıları bu minaların xəritələrini alıb təmizləmək əvəzinə erməni köçü təşkil etməklə məşğul olur. Hətta Qarabağa dəxli olmayan ermənilərin köçünü təşkil etməyə çalışdığını da deyə bilərik. Rus olan yerdə sülh olmaz.

Bu xəbəri paylaşın: