ABŞ-ın Rusiyaya yönəlmiş “Troya atı” strategiyası, çox güman ki, xüsusi əməliyyat güclərinin iki eşelonundan istifadəni nəzərdə tutur. Fedai.az bu haqda 14 aprel 2019-cu ildə yazı yayınlamışdı. Həmin yazını müəyyən əlavələrlə yenidən diqqətinizə çatdırırıq.
Rusiya raket və artilleriya elmləri Akademiyasının prezidentinin informasiya siyasəti üzrə müavini, hərbi elmlər doktoru Konstantin Sivkovun fikrincə, «Troya atı» strategiyasının konkret reallaşdırılması əsasən, hibrid tipli hərbi hərəkətlərin aparılmasını nəzərdə tutur. Onun sözlərinə görə, daxili dağıdıcı potensialdan istifadə strategiyanın əsas ideyasıdır.
Konstantin Sivkov hesab edir ki, “Troya atı” strategiyasının həyata keçirilməsi mövcud hakimiyyətin devirilməsi məqsədi ilə əhalinin kütləvi çıxışlarıyla müşayiət olunan sosial partlayışdan başlanmalıdır. Strategiyanın reallaşdırılmasının ikinci mərhələsində xarici qeyri-müntəzəm hərbi birləşmələrdən istifadə mümkündür. Üçüncü mərhələdə isə, daimi və qeyri-müntəzəm birləşmələr, ABŞ Hərbi-Dəniz Qüvvələri, döyüş aviasiyası və onların müttəfiqləri istifadə edilə bilər. Bundan sonra “Troya atı” başa çatır və təcavüzkarın silahlı qüvvələri silahlı mübarizənin ənənəvi formalarına keçirlər.
Ekspert hesab edir ki, Rusiya barəsində strategiyanın ikinci mərhələsinin reallaşdırılmasında iki eşelondan istifadə oluna bilər.“Bunlardan birincisinə iki qruplaşmanın daxil edilməsi mümkündür. Onlardan birini xüsusi əməliyyat güclərinin döyüşçüləri təşkil edəcək. Bu qüvvə Qərb strateji istiqamətindən Moskvaya qədər dərinliyə və sonra hərəkət edəcək. İkinci qruplaşma, Qafqaz xalqlarının nümayəndələri, həmçinin Türkiyə, Yaxın və Orta Şərqdən onlara yaxın etnoslardan, Şimali Qafqaz respublikaları və ətraf yerlərdən ibarət olacaq”, — ekspert vurğulayıb.
Onun sözlərinə görə, “Troya atı”nın ikinci eşelonu ABŞ-ın və Qərb müttəfiqlərinin müntəzəm xüsusi əməliyyat güclərindən ibarət olar bilər.
2019-cu il mart ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov bildirmişdi ki, “Troya atı” strategiyasının əsas mahiyyəti, ən əhəmiyyətli obyektlərə yüksək dəqiqlikli silahlarla zərbələrin endirilməsi ilə yanaşı, “Beşinci kolon”un etiraz potensialı aktivləşdiriləcək.
Bu strategiya ilə bağlı ABŞ Hava Qüvvələri Baş Qərargah rəisi General David Qoldfayn, Pentaqonun Rusiya və Çinə qarşı müharibə üçün yeni bir strategiya işlədiyini təsdiqləmişdi. Strategiyanın əsas xüsusiyyəti düşmən ərazisinin dərinliklrinə nüfuz etməkdir.
General Vaşinqtondakı Brookings Araşdırma İnstitutunda çıxışı zamanı yeni strategiya barədə danışmışdı. Onun dediyinə görə, əsas məqsəd, düşmənin güclü tərəflərinə deyil, zəif tərəflərinə zərbə vurmaqdır.
«Bu, həm mədəni, həm də texniki baxımdan əsaslı bir dəyişiklikdir» deyən Qoldfaynın fikirlərini Telepolis yazırdı.
Beləliklə, Qoldfayn, ABŞ ordusunun düşmənə qarşı mübarizədə «asimmetrik üstünlüklər» əldə edəcəyini iddia edirdi.
Strateqiya bütün qoşun növlərinin cəlb olunmasını ehtiva etdiyini, ancaq əsas qüvvənin F-35 qırıcı təyyarələri olması nəzərdə tutulmasını qeyd etmişdi. Strategiyanın inkişafı, generala görə, təxminən bir il çəkəcək və təxminən 135 milyard dollar vəsait tələb edəcək.
Qoldfayn, Pentaqona bu strategiyanı Rusiya və Çindən gələn «təhdidlər»ə görə təhrik edildiyini vurğuladı.
Telepolis, Pentaqonun yeni formtdakı «Troya atı» taktikasının Rusiya və Çindəki müasir silahların mövcudluğunu nəzərə alaraq bu konsepsiyanı necə həyata keçirəcəyini də yazmışdı.
ABŞ Hərbi Hava Qüvvələri Baş Qərargah rəisinin açıqlamasını hərbi politoloq, Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının müdiri Andrey Koşkin şərh edərək «Sputnik» radiosunun efirində: «Hər şeydən əvvəl, birdən-birə hərbçilərin başqa bir suveren dövlətin işğalından danışması təəccüblüdür. Bu təcavüzdür» -deyə məlumatı şərh etmişdi.
Mütəxəssis real strateji inkişafların, ümumiyyətlə, təsnif edildiyini və heç kimin bunlar barədə açıq danışmadığını qeyd etdi. Qoldfaynın açıqlamaları, bir təxribata bənzəyir.
«Bu gün ABŞ ordusunun sərhədsiz və cilovsuz siyasətini görürük» — deyə Koşkin münasibət bildirmişdi.
Hərbi müşahidəçi, İzborsk klubunun hərbi hissəsinin rəhbəri Vladislav Şurıqin, RT-yə verdiyi müsahibədə, Amerikalı generalın fikirlərini fantastik sayaraq çox qabağa getdiyini bildirdi. Onun fikrincə, ABŞ indi Venesuelada müşahidə olunan «hibrid müharibə aparma» praktikasına davam edəcək.
Şurıqin, Qoldfaynın təklif etdiyi strategiyanın cəmiyyətin parçalanması prinsipinə söykəndiyini də qeyd etdi. «Bütün gizli müdaxilələr yalnız bir halda mümkündür — müəyyən bir ölkədəki daxili vəziyyət böhran vəziyyətinə düşəndə və cəmiyyət daxili monolitliyini itirəndə».
Onun fikrincə, bu yeni bir şey deyil, belə bir strategiya çoxdan məlumdur və çox bayağıdır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov: «Pentaqon kosmosdan hərbi məqsədlər üçün istifadə etmək niyyətini dəfələrlə açıqlayıb. Bunun üçün ordunun yeni bir qolu sayılan kosmik qüvvələr yaradılıb».
Bu cür hərəkətlərin nə ilə nəticələnə biləcəyini vurğuladı. Hərbi-siyasi vəziyyətin kəskin bir şəkildə dəyişməsi, Rusiyanın açıq və asimmetrik tədbirlər ilə cavab verməli olduğu hərbi təhdidlərin meydana gəlməsinə səbəb olur. Bundan əlavə, Valeri Gerasimovun sözlərinə görə, Vaşinqton hərbi mövcudiyyət sistemini birbaşa Rusiya sərhədlərinədək genişləndirmək, silahların məhdudlaşdırılması və azaldılmasına dair müqavilə münasibətləri sistemini məhv etmək istiqamətindəki kursunu davam etdirir. Baş Qərargah rəisinin fikrincə bu cür addımlar, şübhəsiz ki, strateji sabitliyin pozulmasına səbəb olacaqdır.
Bu gün üçün əlavə olaraq bildirək ki, baş verən hadisələr «Troya atı» əməliyyatına start verilib. Krasnoyarsk, Xabarovsk, Novosibirsk, Ufa, Moskva və s. 25 şəhərdə cəmiyyətin parçalanmasına yönəlmiş saatbasaat aqresivləşən hərəkata çevrilib. Artıq post Putin dövrü müzakirə mövzusudur. Bir qrup bu hadisələri ABŞ-la bağlasa da, bəzi qüvvələr bu hadisələri Putin-Patruşevin oyunbazlığı hesab edirlər. Daha öncədən planlaşdırılan və Rusiyanın detallarıyla bildiyi bir planı önləmək üçün, bu ayaqlanma Putinin «nəlbəkidə fırtına» yaratmaq planıdır. Bu gün Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmağa çağırdı.
Xatırladaq ki, Hüquq müdafiəçilərinin OVD-info qrupunun məlumatlarına əsasən, ölkə üzrə keçirilən mitinqlərdə 2 mindən artıq insan saxlanılıb ki, bu da son illərin ən yüksək göstəricisidir. Bundan əvvəl ən çox etirazçı — 1769 nəfər — 2017-ci ildəki korrupsiya əleyhinə nümayiş vaxtı saxlanılmışdı.
TASS-ın verdiyi xəbərə görə, ABŞ ölkəsinin problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırmalıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Facebook səhifəsindəki mesajında deyilir. Beləliklə, Rusiya XİN ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada şənbə günü baş verən qanunsuz etirazlarla əlaqədar şərhlərinə reaksiya verdi.
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Rusiyada baş verən hadisələri narahatlıqla izlədiyini, kütləvi həbslər, qeyri-mütənasib güc tətbiqi, internet və telefon rabitəsinin kəsilməsinin təəssüf doğurduğunu deyib.
«Bazar ertəsi günü Aİ Xarici işlər nazirləri ilə növbəti addımları müzakirə edəcəyik,» — Josep Borrel Twitter-də yazıb. Hadisələr yüksələn xətlə inkişaf edir. Bu templə inkişaf edən etirazlar hər an nəzarətdən çıxa bilər.
AVMVİB Mətbuat Xidməti