“Daşaltı əməliyyatı”ndan 29 il keçir. Lakin bu əməliyyat haqqında müəmmalara indiyədək aydınlıq gətirilmir. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edən, Azərbaycanın ilk Milli Ordusu (Şıxov taburu), Xüsusi Təyinatlı Dəstənin (Riyad Əhmədov), Şuşa Özünümüdafiə Dəstəsinin bir qismi, bu ordu birləşmələri Daşaltı əməliyyatına qədər bir neçə döyüşlərdə iştirak etmişdilər (həmin əməliyyatda iştirak edən əsgər və zabitlər Sovet Ordusunda əsgəri xidmət keçmiş, bir çoxları isə Əfqanıstanda qulluq etmişdilər). Daşaltı əməliyyatı haqqında söhbətlər əhali arasında hələ 23 yanvar 1992-ci ildə bazarda danışırdılar ki, «Milli Ordu 25 yanvarda Daşaltıya hücum edəcək» (bir tağımda olduğum Mehtiyev Əlibala ilə birlikdəydik) və bu haqda tağım komandirimiz Nəriman Zeynalova məlumat verdik.
O, bu məlumatı Müdafiə Naziri Tacəddin Mehdiyevə, komandir birqadanı (Zadir Rzayev bu əməliyyatın keçirilməsinə qarşı olduğu üçün əməliyyatdan uzaqlaşdırılmışdır) əvəz edən Nurəddin Abdullayevə bildirsə də, onlar hücümun və əməliyyatın məxfiliyi qorunmadığı halda heç bir tədbir görmədilər, əməliyyat planı olduğu kimi saxlanıldı. Bakı şəhərində Milli Ordunun məhv edilməsi, Azərbaycan xalqının döyüşmək qabliyyətinin olmadığını, xalqın gözünün qorxudulması məqsədi ilə, heç bir əhəmiyyəti olmayan bir kəndə hücum olundu, hansı ki, bir tağımla həmin kəndi daim nəzarətdə saxlamaq olardı.
Lakin, ordu verilən əmrə tabe olaraq 25-26 yanvar tarixində Daşaltı kəndinə hücum etdi və həmin əməliyyatdan məlumatlı olan düşmənin hazırlıqlı olmasına baxmayaraq , əsgər və zabitlərimiz əsl igidlik səlnaməsi yazdılar, o döyüşlərdə düşmənin 80-dən çox yaraqlısı məhv edildi.Həmin döyüşdə şəhid və itgin düşmüş əsgər və zabit yoldaşlarımızın igidliklə döyüşdüyü haqqında bir neçə faktları qeyd etmək istəyirəm , onlar düşmənlə axrıncı mərmiləri qurtaranadək döyüşmüşlər. O cümlədən düşmənə təslim olmamaq üçün özlərini və düşməni qumbara ilə partlatmışlar (Bayramov Kamil, Cəfərov Zaur, Soltanov Kazım…). Mənimlə birlikdə döyüşdə olmuş şəhid Nuriyev Rafiq, itkin düşmüş Priyev Ehtiram kimi bu gün adlarını qeyd etmədiyim əsgər və zabitlərimiz igidliklə döyüşmüşlər.
Sonradan aparılan araşdırmalar zamanı Daşaltı əməliyyatında 34 nəfərin itgin və şəhid olduğu bildirilirdi. Lakin çox təssüflər olsun ki, həmin siyahı (tam olmayaraq) aşağıda qeyd ediləndir.Bu illər ərzində bir sevindirici hal yaşandı ki, adı şəhidlər siyahısında olan Bünyadzadə Ərəstun Mehdi oğlu, Xudayev Çingiz Elman oğlu və Hüseynov Ramizin sağ olduğu 2015-ci ildə məlum oldu və o, hal hazırda Goranboy rayonunda yaşayır.
1992-ci il yanvarın 26-da “Daşaltı əməliyyatı”nda şəhid olmuş, itkin düşmüş əsgər və zabitlərin tam olmayan siyahısı.
Şıxov Taburu
1.Abbasov Məhərrəm Abbas
2.Abdullayev Azad Yasir
3. Abdullayev Nurəli Hacıbala
4.Abdullayev Ramin Həbib
5. Ağayev Yusif Balasər
6.Ağayev Rafiq Qəzənfər
7.Bayramov Kamil Canbala
8.Bayramov Vaqif Pirəli
9.Bayramov Orxan Rauf
10.Cəfərov Zaur Firuddin
11.Camalov Elman Hüseyn
12.Cavadov Abbas Şəms
13.Cəbrayilov Həmid Yaşar
14. Dremaçon Vladimir Vasiliyeviç
15. Əmirov Rəfail Mənsur
16.Əliyev Bəkir İsa
17.Əliyev Hidayət Məcid
18.Əhmədov İmamqulu Soltan
19.Əlizadə Faiq Əbdülhüseyn
20.Əliyev Ağabala Mirzəbala
21.Əlicanov Baxış Məmməd
22.Fətəliyev Abbas Ağahüseyn
23.Həsənov Oleq Xasay
24.Hüseynov Gülverdi Ağahüseyn
25.Həsənquliyev Şirindil Cavad
26.Hacıbabayev Tofiq Arif
27.Həsənov Sədrəddin Qardaşxan
28.Həsənov Sərxan Altay
29. Xəlilov Rövşən Allahverdi
30. Xudayev Füzuli Cəmil
31. İbrahimov Cavanşir Zeynal
32. İbadov Şirzad Cavanşir
33. İsmayılov Elxan Nazim
34. İsgəndərov Əliyar Hüseyn
35. Kərimov Elxan Sunbay
36. Qasımov Sərxan Lətif
37. Quliyev Məhəmməd Fərrux
38.Qurbanov Nofəl Nəriman
39.Qiyasov İlqar Əsgər
40. Qəhrəmanov Qəhrəman Qaçay
41.Qədiməliyev Nizami Gülməmməd
42.Qədirov Taleh Ələkbər
43. Malikov Amil Əliheydər
44. Mehdiyev Nazim Əli
45. Mikayılov Baba Babakişi
46.Mirzəyev Rizvan Bilal
47.Mustafayev Sabir İslam
48. Məmmədov Mahir Arif
49.Məmmədov Müşfiq Yusif
50.Məmmədov ilqar İnqlab
51. Nəcəfov Rəhman Hacı
52.Nəcəfov Rövşən Hacı
53.Namazov Azər Rəhim
54.Niftalıyev Adil Kamal
55.Nəsibov Arif Əmiraslan
56.Nuriyev Rafiq Əli
57. Priyev Ehtiram Bayram
58. Rəsulov Atəş Hacı
59.Rüstəmov Azad (Araz)Bala (Balı)
60. Şamilov Zərraf Bakir
61.Sultanov Kazım Hacı
62.Səfərov Rövşən Qiyas
63. Vəlicanlı Süleyman Məbud
64.Tahirov Vaqif Sabir
65.Tahirov Əlövsət Kamran
66. Zeynalov Sahib Əliheydər
67.Zülalov İsfəndiyar Adil
Xüsusi Təyinatlı Dəstə
1.Əhmədov Riyad Fikrət
2.Musayev Vaqif Dursun
3.Şirinov Elcan Qaçay
4.Qasımov Veysəl Həbib
5.Hüseynov Telman
6.Kudelin Andrey
7.Yusifov Şahin Həsənqulu
8.Yarıyev Qənbər Teymur
9.Zeynalov Sahib Əliheydər
10.Məmmədov Elmar Vaqif
Şuşa özünümüdafiə dəstəsi
1.Nəsirov Zahid Rafael
2.Abutalıbov Eyvaz Cəmil
3.Ələkbərov Zahid Vəliş
4.Məhərrəmov Nazim Tofiq
5.Rüstəmov Sabir Gəray
6.Səfərov Şahverdi Bəhlul
7.Quliyev Oqtay Gülməmməd
8.Ələkbərov Arzu Bəhram
9.Məmmədov Habil Qabil
10.Həşimov Pərviz Varaşil
Şuşa şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 2019-cu ildə Şəhidlər Xiyabanında, 1992- ci ili yanvarında “Daşaltı əməliyyatı”nda şəhid və itkin düşmüş silahdaşlarımızın adları qeyd edilmiş lövhənin açılışı olmuşdur.
Məni Daşaltıda axtararsınız
Deməyin, itkinəm, mən yox olmuşam,
Düşmənin qəlbinə bir ox olmuşam.
Əvvəl tək idimsə, day çox olmuşam,
Yaşaya bilmərəm ata-anasız,
Məni Daşaltıda axtararsınız.
Demə son döyüşüm, “Daşaltı” oldu,
Demə, bacılarım saçını yoldu,
Demə ki, anamın gözləri doldu
Sevinib şənlənər o düşmən qansız,
Məni Daşaltıda axtararsınız.
Ürəklərdə mənim məkanım ancaq,
Mənsiz qızmayacaq nə ev, nə otaq.
Nahaq gəzirsiniz siz məni,nahaq,
Belə boş gəzməyin yorularsınız,
Məni Daşaltıda axtararsınız.
Qorxma, Vətən daşı Daşaltıdadır,
Sarımayın qollarım Daşaltıdadır.
Nə olsun ki, cismim Daşaltıdadır,
Ruhuma dəyməyin, siz Allah, cansız,
Məni Daşaltıda axtararsınız.
Sevgilim, heç kimə açma könlünü,
Saxla bu fəryadı, yanğını, kini.
Gözlə toyumuzu-o, xöşbəxt günü.
Qoy gəlib desinlər gözəl yarsınız,
Məni Daşaltıda axtararsınız.
Hər dəfə Şuşa ətrafında, xüsüsən də Daşaltı kəndi istiqamətində gedən döyüşlər haqqında (2020-ci il) məlumat veriləndə, 1992-ci ildə gedən döyüşlər gözümün önünə gəlirdi və həmin döyüşlərdə itkin düşmüş (50 nəfərə yaxın) əsgər və zabitlərimizdən məlumat olacağını hər birimiz səbirsizliklə gözləyirdik. Çox təəssüflər olsun ki, bu günə kimi Ermənistan rəhbərliyi itkin düşmüş əsgər və zabitlərimiz haqqında məlumat vermək istəmir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə I Vətən Müharibəsində itkin düşmüş soydaşlarımız (4 minə yaxın) haqqında məlumat verməkdən imtina edildiyi üçün Ermənistan dövlətini 2021-ci ildə Avropa Məhkəməsinə verilməsi haqqında göstəriş vermişdir. İnanırıq ki, itkin düşmüş vətəndaşlarımız haqqında tezliklə şad xəbərlər eşidəcəyik.
«Məni Daşaltıda axtararsınız» şerinin “izi ilə”, 21 yanvar 2021-ci il tarixində, 29 ildən sonra işğaldan azad edilmiş Daşaltı kəndində və Şuşa şəhərində olduq. I Vətən Müharibəsinin Daşaltı əməliyyatı iştirakçıları Füzuli Rzaquliyev, Əmrah Cabbarov və mən kəndi gəzdikcə həmin döyüşləri ürək arğısı ilə yada saldıq. Bir daha əmin oldum ki, Azərbaycanın ilk Milli Ordusu o vaxtkı hakimiyyət çəkişmələrinin, siyasətin qurbanı olmuşdur.
Ali Baş Komandanın rəhbərlik etdiyi qəhrəman ordumuzun “Dəmir yumruq” əməliyyatı nəticəsində təkcə erməni ordusu məhv olmadı, həm də “böyük Ermənistan” xülyasına son qoyuldu.
Bu gün hərbi Zəfəri görməyi bizlərə nəsib edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuza tükənməz minətdarlığımı bildirirəm.
Aşağıda adları qeyd edilən şəxsləri tanıyanlar varsa, məlumat verməklərini xahiş edirəm (Ehtimal olunur ki 1992-ci yanvarın 26-da Daşaltı əməliyatında döyüşlərdə itgin düşüblər).
1.Azadəliyev Şamil Misax oğlu
2.Əliyev Mehdi Rəşid oğlu
3.Mahmudov Azər Əli oğlu
4.Rəcəbov Cəbrayıl Mehdi oğlu
5.Bədirov Tofiq Nofəl oğlu
6.Xəlilov Elşən —
7.Sadıqov Adil —
8.Əzizov Sahib —
9 —- Asif —-
10. Qasımov Sərxan (Abbas) Lətif oğlu
Mob:055 732 88 90 (iş 3 71 23 47)
Hər il olduğu kimi bu il də yanvarın 26-da saat 10-da Şəhidlər Xiyabanında Şəhidlərimizi yad edəcəyik.
Niyazi Məmməd oğlu Quliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nəzarət Təftiş Komissiyasının sədri