Rusiya, öz qanunlarına niyə hörmət bəsləmir?

Rusiyanın erməni əsilli vətndaşları və «agitpropları» kimsədən çəkinmədən Ermənistana döyüşçü könüllülər yollayır, qanunsuz terrorçu dəstələrə yardımlar toplayır, separatçı rejimə dəstək aksiyaları keçirirlər. Özü də bunu edənlər Rusiya ictimaiyyətində tanınmış erməni əsilli Rusiya vətəndaşları və onların rublla aldıqları satılmış ruslardır. Ara Abramyan, Qabrelyanov, Kolerov, Solovyov, Evseyev, Zatulin, Simonyan, Babayan, Bağdasarov və it ilxısı, köpək sürüsü.

Bu gün sülhməramlı pərdəsi altında özünü bölgəyə təpən Rusiya Federasiyası qanunvericiliyinə görə, hər hansı bir özəl silahlı hərbi birləşmə yaratmaq, yardım göstərmək qadağandır. Rusiya Federasiyasında xaricində silahlı qarşıdurmalarda iştirak edən vətəndaşlar mühakimə olunurlar. Buna baxmayaraq, bir neçə ildir, Rusiya mənşəli Rusiya Federasiyası vətəndaşlarının Ermənistan və Azərbaycan arasındakı münaqişə zonasındakı ordu təlimlərində və sərhəd münaqişələrində fəal iştirak etmələrini müşahidə edirik.

Rusların, hətta ermənilərin ictimai təşkilatlarının da pul topladığını və separatçı Dağlıq Qarabağ rejimini maliyyələşdirdiyini elan etmələrini hamımız eşitmişik. Əlbəttə, Rusiya vətəndaşlarının bütün bu hərəkətləri, milliyyətindən asılı olmayaraq, bir terror qruplaşmasını maliyyələşdirdiyinə və qanunsuz silahlı qruplaşmalara qatıldığına görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Ancaq nədənsə, bu baş vermir. Ya müvafiq dövlət qurumları bunu görmür, ya da Rusiyadakı bu qeyri-qanuni qrupların, diasporun simasında özlərinin güclü dayaq tapırlar. Xüsusən, Rusiya informasiya məkanınının rus puluyla erməni yanlılar tərəfindən satın alınması, ermənipərəst informasiyaları rus xalqına sataraq pul qazanmaları da diqqətdən yayınmamalıdır. Rusiyada elə insanları var ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərinə insanların köçürülməsi və yardım üçün dəhlizlər təşkil edirlər.

Rusiya qonşular üçün qazdığı quyularda çabalamaq mərhələsinə girdi. Bu girdabda erməni qardaşları tam Baydenin xidmətinə keçmələri də öz təsdiqini tapıb. Ən yaşısı, İVAN, İDİ DOMOY!

Elnur Səlim

Rusiyanın Suriyadan gətirdiyi terrorçu ermənilər
Bu xəbəri paylaşın: