Nikol Paşinyan, canım sənə fəda olsun, amanın günüdür, istefa — zad vermə, başına dönüm. Şamaxılılar demiş, qadooyu alım, qal öz vəzifəndə. Müxalifətin çox qışqırıb bağırsalar, denən: «Hinç asum, ara alaqut!!! Kine kaşi şondiğa!!!»…
Qarabağın Azad olunacağı günə həmişə inanırdım. Bu inancım əlbətttə səbəbsiz deyildi…
P. S. Qarabağla baglı inandığım dostlarla cox muzakirələr aparmışam. Kecmis Bas nazir Novruz Məmmədovla Brüsseldə hoteldə gecə görüsdüm. Xeyli dərdləşdik. Görüşümüzdə ondan dönə-dönə Qarabağın işğaldan azad edə biəcəyimizi soruşanda, dedi ki, 100 faiz azad ediləcək, hələ şərait yetisməyib…
P.P. S. Paşinyan hakimiyyətə yeni gelendə dostum İlham İsmayıl dedi ki, Qarabağı bu adamın (Paşinyanın) dövründə azad edə bilməsək, onda bizim nəsil Qarabağı görməyəcək…
P.P.P. S. Qarabağ qazisi, türkoloq-jurnalist Xaqani Ədəboğlu (Rzaqulibəy) isə həmişə deyərdi ki, bütün siyasi liderlər novbə ilə hakimiyyətə gəlsələr belə xeyri yoxdur, Qarabağı işğaldan yalnız İlham Əliyev azad edəcək. İlini isə 2019-cu ilin payızını deyərdi.
Bu sohbət aramızda 10 il davam elədi və bəzən onunla sərt mübahisələrimiz də az olmayıb…
Əziz dostum və silahdaşım Xaqani bəy proqnozda 1 il gecikmişdi…
Qarabağ Azərbaycandır!!!

Elman Mustafazadə
Avropada «Azərbaycanın Dostları» Cəmiyyətinin sədri
Söz ardı: 2019-cu il isə yekun olaraq dedim ki, bu 2020-ci il payızda hər şey tamamlanacaq. Orasını yazmamısan. Burada qonaqlıqlar udmuşam, bu (2020-ci il) proqnozla bağlı…
