Rusiyanın bir ay müddətinə “humanitar dəhliz” açmasının səbəbi nədir?

Ermənistan Hökuməti də öz vətəndaşları üçün sərhədlərini bir ay müddətinə açmağa qərar verdi. 26 yanvar 2021-ci il tarixli fərmana əsasən, AAİB -yə (Avrasiya İqtisadi Birliyi) üzv olan dövlətlərin vətəndaşları 2021-ci il fevralın 1-dən martın 1-dək tarixlərdə Rusiyaya daxil ola biləcəklər.

Rusiyanın dövlət sərhədləri hava nəzarət məntəqələri ilə Ermənistan və Belarus Respublikalarının vətəndaşları koronavirus testi yoxlanılmaq şərti ilə Rusiyaya gedə biləcəklər.

Xatırladaq ki, yanvarın 27-dək Ermənistanın adi vətəndaşları yalnız müvafiq əsasları və ya səbəbləri olduğu təqdirdə Rusiyaya gedə bilərdilər. Maraqlıdır, bəs Rusiyanın açdığı bu «humanitar dəhliz»in səbəbi nədir?

Bəzi erməni politoloqların fikrincə, Rusiya hökumətinin bu qərarı altında geosiyasi kontekst axtarmağa ehtiyac yoxdur, bunlar iqtisadi maraqlardır. Rusiyanı hər zaman qapalı saxlamaq olmaz. Bəs nəyə görə bir aylığa icazə verilir?

Demək olar ki, əksər siyasi analitiklər bunun Ermənistandan əhalinin daha çox köç etmələri üçün humanitar bir «dəhliz» olduğunu düşünürlər. Açığını dayim ki, mən də belə düşünürəm. Ermənilər bu biabırçı məğlubiyyətdən sonra tədricən də olsa öz gəldikləri yerə getməlidirlər.

İSMAYIL TANRIVERDİ

BDU-nun erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın: