Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 30 yanvar tarixində işə başlayacaq

Dağlıq Qarabağda atəşkəsə nəzarət və monitorinq üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 30 yanvar tarixində Ağdam bölgəsində işə başlayacaq.

Bu barədə RİA “Novosti”yə etibarlı mənbələrdən bildirilib. Mərkəzin fəaliyyətində 60 rus və 60 türk hərbçisi iştirak edəcək.

“Mərkəz sabahdan fəaliyyətə başlayacaq” deyən agentliyin həmsöhbəti qeyd edib ki, bölgədə pilotsuz uçuş aparatları ilə də monitorinq aparılacaq.

Bu xəbəri paylaşın: