Bu gün Şamaxı rayonunda da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsinə yeni üzvlərin qəbulu və onlara üzvlük vəsiqələrinin verilməsi ilə bağlı mərasim keçirilib.

Bu haqda AVMVİB Şamaxı rayon şöbəsinin sədri Fuad Şəmiyev məlumat verib. Onun bildirdiyinə görə, artıq yeni üzvlərin sayı 130 nəfərə çatıb. Gənc veteranlarımız təşkilata axın var. Onların cəmiyyətə adaptasiyası və post müharibə dövrünə hazırlanması üçün əlimizdən gələni etməyə çalışırıq. Bu işlərdə Şamaxı rayon İcra Hakimiyyəti rəhbərliyi də öz diqqətini əsirgəmir.
Eyni gündə Şamaxı rayonunun Göylər kəndində də gənc müharibə iştirakçılarıyla görüş keçirilib.
Elnur Səlim
GÜNÜN FOTOSU: MÜHARİBƏ VETERANLARI BİR ARADA, KÖHNƏ DÖYÜŞÇÜLƏR GƏNC DÖYÜŞÇÜLƏRİ QARŞILAYIR…

















