Bu mövzuda dəfələrlə yazmışıq. Özü də Fedai.az-ın rus oxucularımızın bu xidmətin çox pis olması şikayətləri əsasında yazıdığımız yazıya reaksiyalar oldu. Lakin sadəcə efir müzakirəsi aparılsa da elə oradaca unuduldu.
Bu işə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi diqqət ayırmaq əvəzinə sabiq nazir Ramin Quluzadə Fedai.az və Veteran.az saytlarına qarşı mübarizə apardı. Elə ona görə də döyüşçülərin hər iki saytı Rusiya üzərindən yayımını bərpa etdi. Üstəlik Qarabağda «Dəmir yumruq» əməliyyatı başlayandan 2 gün sonra Veteran.az -ın yayımını dayandırdı və Rusiyadan yayımlanan Fedai.az-ın isə Azərbaycanda yayımını əngəllədi. İttiham və veteranların hədəsindən çəkinərək yayımı bərpa etdi. Onu da xatırladım ki, anoloji işləri qabaqlar düşmən ermənilər bizə qarşı görürdülər. Bu barədə faktlarla yaxın günlərdə araşdırmamızı sizlərə təqdim edəcəyik.
Ukraynadan olan oxucumuz bizim saytı tərcümə vasitəsiylə oxuduğunu yazır. Oxucu Ruslana Andreeva bizə Google tərcüməçinin yanlış tərcüməsini bizə göndərib.
Xatırladım ki, ölkəmiz və Qarabağ problemi ilə bağlı məlumatları əcnəbi oxucular, məhz bu xidmət vasitəsiylə əldə etməyə çalışır. Lakin Azərbaycan dilindən tərcümələr bərbad gündədir. Xüsusən də prezident İ. Əliyev və I vitse prezident M. Əliyevanın adı keçən informasiyalarda belə yanlışlığa daha çox «yol» verilir….
Mövzuya qayıdacağıq…
Fedai.az Araşdırma Qrupu

