Xankəndidə aksiya: «Arayik xain», «Nikol xain». Krasnodartsax Federasiyasının (RF) NÖVBƏTİ TƏXRİBATI

Fedai.az panorama.am saytının verdiyi bir məlumatı öncə Krasnodartsax Federasiyasının (RF) «sülhməramlılarının» diqqətinə çatdırmaq istəyir. Məlumatda deyilir: «Həm Ermənistanda, həm də Qarabağda (Artsaxda) Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyaları keçirilir. Qarabağda “xain Nikol” şüarları ilə yanaşı “xain Arayik” şüarları da eşidilir. Stepanakertdə vətəndaşlar Ermənistan Silahlı Qüvvələrinə dəstək olduqlarını bildirərək itaətsizlik aksiyaları keçirirlər.

Xatırladaq ki, dünən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Nikol Paşinyan və hökumətinin istefaya getməli olduğu açıqlamasından sonra genişmiqyaslı etiraz aksiyaları başladı. Vətəndaşlar Vətənə «xəyanət edən» rəhbərin istefasını tələb etmək üçün itaətsizliyə çağırırlar. Etirazçılar gecəni Baqramyan prospektində keçiriblər.

Artsax da Ermənistan Respublikasında baş verən hadisələrə reaksiya verdi. Artsax Respublikasının üç partiyası Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına və Müdafiə Nazirliyinə qeyd-şərtsiz dəstəyini ifadə etdi.

Qeyd edək ki, bu gün Xankəndidə (Stepanakertdə) itaətsizlik hərəkətləri gözlənilir».

P.S. Deyəsən Krasnodartsax Federasiyasının (RF) «sülhməramlılarının» bir işi də ordan-burdan tutub gətirdikləri ermənilərə «aksiya-aksiya» öyrətməkdən ibarətdir.

Bu xəbəri paylaşın: