Ermənilər ABŞ prezidenti Co Baydenin ermənipərəst və erməni lobbisi ilə gizli əlaqələri barədə məlumatlar yayaraq bölgədə erməni separatizmini və terrorçularını dəstəkləyəcəyi barədə proqnoz verirlər. Belə bir yanlış addımı, Co Bayden 90-cı illərdə, məhz erməni lobbisiylə gizli əlaqələri sayəsində 907-ci Düzəliş adıyla atdığını bilirik.
Bu gün Azərbaycan xalqı bu mənfur siyasəti və bölgədə terrorizmi dəstəkləyən konqresmenlər haqqında petisiyalara başlamalıdırlar. Məhz Bayden daxil olmaqla, bu konqresmenlərin sayəsində Qarabağda 100 minlərlə insanın şəxsi əmlakı terrorçu hərbi birləşmələr tərəfindən talan edilmiş, Xocalı, Qaradağlı, Ağdaban və s. yaşayış məntəqələrində soyqırımlar törədilmiş və ölkənin 20% ərazisi «Boz zona»ya çevrilmişdir. Bu hərbi və bəşəri cinayətlərin işlənməsində 907-ci Düzəliş kimi vicdansız və ədalətsiz qərarlara səs vermiş hər bir konqresmen məsuliyyət daşıyır. Erməni faşizminin törətdiyi cinayətə şəriklik etmiş konqresmenlərin adlarını dəqiqləşdirərək dərs kitablarımıza salmalı və onların dəstək verdikləri siyasi qərarlar Beynəlxalq məhkəmələrə edəcəyimiz cinayət işlərinə əlavə edilməlidir. Azərbaycan ərazilərindfə tutulmuş şəxslərin heç birinon Qarabağa aidiyyatı yoxdur. Sübut livanlı Maral Nacaryn adlı snayper muzdlu terrorçunu azad etdik. Bu susqun və iyrənc Amerika ədaləti niyə səs çıxarmadı? Bir muzdlu döyüşçü kombatant və ya hərbi əsir statusu ala bilməz. Bu qanunların altına imza atan ABŞ Qafqazda terrorizmi dəstəkləməyə çalışırsa yazıqlar olsun. 1990-1994-cü illərdən bəri Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin rəsmi sayı 3890 nəfərdir (hərbçilər 3171 nəfər, mülki şəxslər — 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca). Konvensiyaya imza atan Ermənistan bu faktı bu günədək danır). İllər boyu bununla bağlı bizim səsimizxi eşitməyən ABŞ beş — üç nəfər terrorçuya görə həşir salmasına nə ad vermək olar? Bu hərbi cinayəti himayə edən konqresmenlər bircə dəfə 3890 nəfər barədə səs çıxarıblarmı?
Son vaxtlar Co Baydenin ermənipərəstliyi, erməni lobbisiylə gizli əlaqələri və s. barədə yazılar artmaqdadır. Onlardan birini diqqətinizə çatdırırıq: «Bu tendensiya istiqamətində bir sıra müvafiq göstəricilərin olduğunu nəzərə alaraq ABŞ-ın tezliklə Türkiyə və Azərbaycana təzyiq göstərəcəyini gözləyirəm.
Bu fikri ArmInfo -ya öz aşıqlamasında Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi direktoru, akademik Ruben Safrastyan deyib.
«ABŞ-ın Türkiyə ilə əlaqəli mövqeyinin sərtləşməsinə, bu cür göstəricilər arasında təkcə S-400 OTRK-nı əldə etmək üçün Rusiya ilə razılaşmanı deyil, ümumiyyətlə, Ankaranın son davranışlarını da qeyd edərdim. Vaşinqtondakı siyasi elitanın bir çox nümayəndəsi onsuz da Türkiyənin ABŞ-ın müttəfiqi olaraq öhdəliklərini tam yerinə yetirməməsi ilə bağlı nəticəyə gəlib»-deyə davam edib.
Bu baxımdan, akademik, Tramp administrasiyasının mövqeyi ilə müqayisədə Prezident Bayden administrasiyasının Ankara ilə əlaqəli mövqeyinin sərtləşəcəyini proqnozlaşdırır. Üstəlik, bu perspektivlər onsuz da Ankaranın özündə yaxşı bilinir. Buna sübut Türkiyədə qarışıqlıq və narahatlığa səbəb olan Bayden ilə Ərdoğan arasında bir telefon danışığının olmamasıdır.
Vaşinqton ilə Ankara arasında belə bir gündəliyin mövcudluğu işığında türkoloq Amerikanın Ermənistan siyasətində müsbət dəyişikliklərin olacağına inandığını bildirdi. Onun dediyiinə görə, görünür, ABŞ xarici siyasətinin Qafqaz qolunu da aktivləşdirmək üçün artıq qərar verib. Akademik, daha çox ermənipərəst mövqeli ABŞ-ın demokrat prezidenti Co Baydenin erməni lobbi təşkilatları ilə əlaqələrinin olması Amerika siyasətində belə bir dönüşün lehinə olan növbəti bir amil hesab edir.
«Buna paralel olaraq ABŞ-ın Azərbaycana təzyiqlərini sərtləşdirməsini gözləyirəm. Xüsusən də Azərbaycanda saxlanılan erməni əsirlərinin qaytarılması məsələsində. Görürük ki, Konqresdə artıq müvafiq təşəbbüs ortaya çıxdı. Şəxsən mən bütün bu impulsların Amerikanın Türkiyəyə qarşı siyasətinin sərtləşdirilməsinə paralel olaraq özünü göstərməsini gözləyirəm» — deyə Safrastyan bildirib».
P.S. Baydenin gəlişiylə ABŞ-in adı, gah terrorçu PKK -ya silah verməkdə, gah da erməni terrorçularının yanından səsi gəlir. Baydenin «kruquna» baxanda ABŞ-a adamın yazığı gəlir…
Fedai.az Araşdırma Qrupu


