COVID-19 infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 243 424 nəfər koronavirus infeksiyasına yoluxub.


Onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8 216 nəfərdir.Ölkədə son sutka ərzində 10 188, hazırkı dövrədək isə 2 746 681 test aparılıb.


Qeyd edək ki, dünən Azərbaycanda 840 nəfər koronavirusa yoluxmuşdu.

Bu xəbəri paylaşın: