AVMVİB Biləsuvar rayon şöbəsi üzvləri N saylı hərbi hissənin zabitləriylə birgə şəhid ailələrinə baş çəkiblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.
AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov bildirib ki, şəhidlərimizi və onların bizlərə əmanət qoyub getdikləri ailələrini unutmuruq və hərbi hissənin də bu təşəbbüsünü alqışlayırıq. Şəhid ailələri hamımıza əziz olmalıdır, onların problemləri hamımızın problemi sayılmalıdır.
Şəhid ailələrinə baş çəkməklə yanaşı onların əziz xatirələrinə həsr olunmuş Xatirə kompleksini də yad ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim
Bu xəbəri paylaşın:





