Ərdoğan: “Baydenin Putin barədə dedikləri dövlət başçısına yaraşmır”

“Bu, dövlət başçısına yaraşmayan ifadədir. Bir prezidentin durub Rusiya kimi dövlətin başçısı haqqında belə bir ifadə istifadə etməsi qəbul edilməz, həzm olunmazdır”.


İnter.az Anadolu-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.


“Fikrimcə, cənab Putin çox ağıllıca, şık şəkildə lazım olanı edib”, — R.T. Ərdoğan vurğulayıb.


Qeyd edək ki, martın 17-də ABŞ prezidenti Cozef Bayden Vladimir Putini “qatil” adlandırıb. Ötən gün Rusiyanın dövlət başçısı V. Putin ona cavabında “Adımı sənə qoyum, səni yana-yana qoyum” deyib.

Bu xəbəri paylaşın: