AVMVİB sədr müavini Salman Musayev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətini, müharibə veteranlarını və ehtiyatda olan hərbi vəzifəli şəxsləri Novruz bayramı münasibətiylə təbrik edib.

SALMAN MUSAYEV
Azərbaycan Vətən Müharibəsi Veteranlar Içtimai Birliyinin hüquqi məsələlər üzrə sədr müavini, ehtiyatda olan polkovnik
Təbrikdə deyilir:
«Hörmətli həmkarlar!
Sizi Novruz bayramı münasibəti ilə sizləri və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Ən xoş arzularımı yetirirəm!
Xalqımızın zəngin mənəvi aləmini özündə əks etdirən dostluq və həmrəyliyin rəmzi olan Novruz — ulu öndər Heydər Əliyevin milli adət-ənənələrimizin qorunub saxlanmasına və inkişafına göstərdiyi böyük qayğı sayəsində hər il dövlət bayramı səviyyəsində təntənə ilə qarşılanır.
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Cənab İlham Əliyevin ölkəmizin tərəqqisinə, əhalinin rifah halının yaxşılaşmasına, milli birliyinin güclənməsinə xidmət edən fəaliyyətinin nəticəsi olaraq bu bahar bayramı da yurdumuzda, hər evdə, hər ocaqda böyük sevinc və xoş əhval-ruhiyyə ilə qeyd edilir. Çünki bu ilki Novruz bayramının daha bir özəlliyi ondadır ki, Vətən müharibəsindəki qələbədən sonra keçirdiyimiz zəfər müjdəli ilk Novruz bayramıdır.
Əminəm ki, xalqa, vətənə, dövlətə sədaqətli xitməti ilə, eləcə də Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Daxili Qoşunların şəxsi heyəti vahid kamandanlıq altında Azərbaycanın haqqı işinin müdafiyəsində fəal iştirak etməsini möhtərəM Prezident tərəfindən həmişə yüksək dəyərləndirilən hərbi qulluqçularımız Daxili İşlər orqanlarının Polis əməkdaşları ilə birlikdə vətəndaşlarımızın həyatının, sağlamlığının, qanunu mənafelərinin hüquqazidd əməllərdən müdafiəsi kimi mühüm vəzifələri bundan sonra da laiqincə yerinə yetirəcək, asayişi, təhlükəsizliyi, sabitliyi böyük əzmlə qoruyacaq və dahada möhkəmləndirəcəkdir.
Bu əziz bayram günlərində Azərbaycan Vətən Müharibəsi Veteranlar İçtimai Birliyin rəhbərliyi və öz adımdan Daxili işlər nazirinin müavini –Daxili Qoşunlar kamandanı General-leytenant Şahin Məmmədov başda olmaqla, Daxili Qoşunların komandanlığına, bütün şəxsi heyyətinə, həmçinin hörmətli ehtiyyatda olan hərbi vəzifəli şəxslərinə, müharibə veteranlarına şəhid olmuş hərbi qulluqçularımızın ailə üzvlərinə möhkəm can sağlığı, xoşbəxtlik, səadət, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram.
Novruz Bayramınız mübarək olsun!»
Fedai.az
