Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasının vacibliyini bəyan edib.
Fedai.az oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verib.
“Ermənistan və Azərbaycanın regionda düşmənçilik problemini həll etmək üçün regional kommunikasiyanı və yolları açmaq lazımdır”, — deyə Paşinyan bildirib.
“Bölgədəki düşmənçilik probleminin həllinə yönələn addım kommunikasiyaların açılmasıdır. Azərbaycan Naxçıvanla, biz isə Rusiya və İranla dəmir yolu əlaqəsi əldə etməliyik”, — deyə baş nazir əlavə edib.
Paşinyanın sözlərinə görə, bu məsələ artıq müzakirə olunur və problemin həlli hər iki tərəf üçün faydalıdır.
Bu xəbəri paylaşın:
