Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva facebook səhifəsində təbriklərə və xoş arzulara görə öz minnətdarlığını bildirib.
Paylaşımda deyilir:
«Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun!
Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!»

Bu xəbəri paylaşın:
