«Московский комсомолец» xəbər verir ki, Seçenov Universiteti Peşə İxtisaslaşması İnstitutunun Epidemiologiya kafedrasında işləyən professor Arpik Asratyan 70 yaşında Moskvada vəfat edib.
Qeyd olunur ki, martın 23-də bir qadın Moskvanın Qərb rayonundakı mənzilindən götürülərək, xəstəxanaya yerləşdirilib. Əvvəlcə qızdırma və təngənəfəsliklə bağlı 68-ci şəhər xəstəxanasına aparılıb. Vəziyyəti ağırlaşıb və cümə günü günortadan sonra Kommunarkadakı xəstəxanaya köçürülüb. Orada vəfat edib. İndi həkimlər onun ölümünə səbəb olan koronavirusun olub-olmadığını yoxlayırlar.
İlkin məlumata görə, bu qadın xaricə getməyib və COVID-19 ilə yoluxmuş xəstələrlə təmasda olmayıb.
Qeyd olunur ki, Asratyan tibb elmləri doktoru kimi, hepatit viruslarının müalicəsində tanınmış mütəxəssis sayılırmış.
Elnur Səlim
