Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədovun verdiyi məlumata görə, rayon şöbəsində gənc veteranların üzvlüyə qəbul edilməsi mərasimi keçirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov bildirdi ki, döyüşdən geri dönən döyüşçülər tam baxımsız buraxılıblar. Yaradılmış Komissiyanın fəaliyyətsizliyi isə günbəgün narazılığı artırır. Gənclər arasında izahat işləri aparmağa çalışırıq və bu bizim imkanlarımız daxilində bir iş deyil. Komissiyanın tərkibinə yenidən baxılmalıdır.
Yeni üzvləri Birliyin Nizamnaməsinə uyğun olaraq üzvlük vəsiqələri təqdim olunub.
Elnur Səlim
