Vətənpərvər həkim AVMVİB-nin fəxri üzvü seçilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin qərarıyla Azərbaycan Respublikası Səhiyyə nazirliyi Mingəçevir şəhər Ruhi Əsəb Dispanserinin baş həkimi işləyən Şəmsinur Vaqif qızı Hüseynova Birliyin fəxr üzvlüyünə qəbul edilib.

Bu barədə AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

Natiq Həsənov bildirdi ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladığı gündən etibarən vətənpərvər xanım Şəmsinur Hüseynova, həm ordumuzun, həm də geri dönmüş qazilərimizin və şəhid ailələrinin yanında oldu. Müharibə əlillərinə daim diqqət və qayğısıyla tanınan Şəmsinur Hüseynovanı yekdil rəylə AVMVİB-in fəxri üzvlüyünə qəbul etdik.

Vətənpərvər həkimimizi təbrik edən N. Həsənov ona üzvlük vəsiqəsini və Fəxri Fərmanı təqdim etdi.

Təbrik edirik!

Elnur Səlimov

Bu xəbəri paylaşın: