Neft ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 1,17 ABŞ dolları, yaxud 1,8 % azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 64 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, «Azeri LT CIF» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bu xəbəri paylaşın: