Rusiya ABŞ-la münasibətlərə dair sualı cavablandırdı

Rusiya ABŞ-ın yeni rəhbərliyinin hərəkətlərinə dair yoxlama aparır, nəticələrə əsasən davranış xəttinin necə qurulacağına dair qərarlar veriləcək.  

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.  

Peskov Rusiya Federasiyası Konstitusiyasına görə, xarici siyasətin dövlət başçısı tərəfindən təyin olunduğunu xatırladıb.

«Bunu məhz o edəcək», — deyə Kremlin mətbuat katibi əlavə edib.

Bu xəbəri paylaşın: