
EVİTA Qaynet
Başqırdstan
Mən Başqırdam, amma bu barədə qışqırmağa başlayacağımı heç vaxt düşünməmişəm. Səssizcə qışqırmaq, olarmı? Dilin kəsildiyi yerdə və zamanda səssiz qışqırırsan?
Bu gün mənim dilimi kəsdilər ki, məni inancsız və mədəniyyətsiz qoysun. Və sabah da məni soysuz və tarixsiz qoymaq üçün ayaqlarımı kəsəcəklər! Bəs o biri gün?
Məni imansız və dinsiz qoymaq üçün ürəyimi kəsəcəklər!
Bilirsən ən qorxulusu nədir?Susmaq qorxuncdur.Əlbətdə susuram, çünki dilim artıq kəsilib.
Amma buna öyrəşirəm, çünki hər kəs yaşaya biləcəyimizi düşünür.
Biz güclüyük. Əvvəlcə susmağa vərdiş edəcəyik, sonra bir ayağı olmadan, daha sonra hər ikisi olmadan və tamamilə ölü olaraq gəzməyə öyrəşəcəyik. Ölü kimi yaşayayacağıq. Bunu edə bilərsinizmi? Yoxsa yalnız ölülər kimi yaşamağı bacararırsınız? Ölü canlar gəzdirirsiniz?
Bəli. Sizin gerçək insanlara ehtiyacınız yoxdur. İstedadlılara və şəxsiyyətlərə də ehtiyacınız yoxdur. Heç bir mədəniyyət sizə gərək deuil! İnanc da olmaz!
Sizin sizə ibadət edəcək və istədiklərinizi yerinə yetirəcək ruhlara ehtiyacınız var.Dodaqlarımızla danışacaq, əlimizlə öldürəcək, bizi öz ayaqlarımızla tapdalayacaq və müqəddəs olan hər şeyi öz torpaqlarımızda, öz kürəklərimizlə qazıb basdıracaqsınız. Dədələrimizin qoruduğu, Rusiya naminə başqırd müsəlman qanını tökdükləri torpaqlar.Minen olatay, hinen olatay!
Siz buna cavab olaraq nə edirsiniz? Mən heç fabriklərdən, təbii sərvətlərdən və suverenlikdən danışmıram.
…Siz hər şeyi bizdən aldınız.İndi də ana dilimizi alırsınız.
Bilirsən ən pis şey nədir?Mənim səssizliyim çox qorxuludur. Əlbətdə susuram, çünki dilim artıq kəsilib. Başqırd müsəlman torpağında anadan olmuşam. Rus məktəbinə getdim və uşaqlıqdan iki dildə danışdım.
İki bayraq altında, iki himn, mədəniyyətlər və dinlər altında yaşadıq. “Başqırdıstan və Rusiya sonsuza qədər birlikdə” şüarı altında yaşadıq. Anam mənə həmişə xeyirxahlığı və dözümlülüyü, ən əsası bərabərliyi öyrətdi. Mənə rus dilini sevməyi, eyni zamanda öz doğma başqırdcamı qiymətləndirməyi və bilməyi öyrətdi. Ana dilimdə danışanda anamın necə xoşuna gəldiyini xatırlayıram, ona görə mənim üçün ən əziz sözlər “Ana”, “Sevirəm”, “Bağışla”, “Sənin üçün darıxıram” sözləriydi, yalnız Başqırd dilində danışdım…
Ah, bu dil, anamın incə və gözəl başqırd diliydi …
Mən onu həmişə xatırlayacağam. «Qızım», «Balam», «Maturım», «Bapkesem». Bu sözləri bir yerdə, digər dodaqlardan qopduğunu, digər ürəklərdən gəldiyini eşitdiyim zaman da göz yaşlarım axar.
Axı, ən çox qayğı və sevgi ilə dolu sözlər üçün darıxırıq.Anam da mənə belə deyərdi. Bunlar mənim üçün ən isti və ən həssas ünvanlardı. Bunu necə unuda bilərsən? Ana dilim heç vaxt unudulmayacaq. Yüz dil bilsəm belə. Başqırd dilində şeir yazmasam da, zəif danışsam da, ana dilimdə dua edirəm, sevinirəm və ana dilimdə ağlayıram. Bilirsən niyə? Çünki ürəyim ana dilində danışır. Ürəyini necə götürüb ata bilərsən? Xeyr, özünüzü ölkədən, vətəninizdən ata bilərsiniz. Harada olsam da, harada soruşsalar da, həmişə başqırd olduğumu deyirdim. Və təəccüblə soruşdular: «Rusiyada yalnız ruslar yaşamırlarmı?» «Xeyr» sadəlövhcəsinə və axmaqcasına cavab verirdim, «Rusiya çoxmillətli bir dövlətdir, biz birləşmiş bir qüvvəyik.».
On ildən sonra nə olacaq? Bu gün məktəblərdə başqırd ana dili ləğv edildi.Uşaqlarımıza qrammatikanı kim öyrədəcək? Tariximizi kim izah edəcək və mədəniyyətimizi kim inkişaf etdirəcək? Kim bizə əxlaq və inam aşılayacaq?
Kim Vətənimizi qorumağa gedəcək? Bizim ev? Dinimiz? Meşələrimizi, ağac-ağac kəssəniz, kim qoruyacaq?
Sadəcə məsələ budur ki, müdafiə edəcək bir şeyimiz olmayacaq.Əzizlərimizi bizə buraxın və bütün yad nə varsa özünüz üçün götürün. Bu gün dilimizi udanlar, sabah da Respublikamızı udacaqlar! Bunu təkcə bizimlə etməyəcəksiniz. Bir müddət sonra bu cür assimilyasiya Tatarıstanda, Çeçenistanda, Dağıstanda və s. baş verəcək …
Ancaq onlar, özlərini tapdalamağa imkan verəcəklərmi, bu başqa bir sualdır.
P.S. Başqırdıstanın məlun prezidenti Xabirov və onun erməni arvadı Avetisyan bir türk ölkəsini erməni yeminə çevirib. Təbii sərvətləri erməni talanına verilib, məhkəmə və hüquq mühafizə sistemləri bu xəyanətkarlarla doldurulub. Bir erməni axçisinin mərifətləri təkcə bununla bitmir. Daha öncə bu barədə məlumat vermişdik…


