223 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib

Mart ayının 29 mart -2 aprel tarixlərində 99 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, «YAŞAT» Fondu tərəfindən bu tarix ərzində 223 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 19 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb və 2 şəhid və qazi ailəsinin təhsil xərcləri ödənilib.

Qeyd olunub ki, daha 16 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 53 şəxsin tibb xərclərinin ödənilməsi və 4 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Bu xəbəri paylaşın: