Şəhid Etibar Əliyevin doğum günüdür

Bu gün şəhid Etibar Əliyevin ad günüdür.

Təhsilini yarımçıq qoyaraq döyüşə yollanan şəhidimiz Tərtər uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olub. Qəhrəman döyüşçü Qapanlı istiqamətində gedən qanlı döyüşlərin birində ağır yaralanıb. Hospitalda müalicə olunsa da, aldığı yaradan sıralarımızı tərk etdi…


Şəhid Etibar Əliyevin 46 yaşı tamam oldu. Doğum günün mübarəkdir, şəhidim! Sən elə bir mərtəbədəsən ki, sənə tərif demək, səni öymək bizim haqqımız deyil. Səni Tanrı öyüb və öz qatına götürüb. Bizlərin həsədlə baxdıığı bir məqamdasan. Bu Bayraq, bu Torpaq uğrunda can verən şəhidim, sən bizlərə halal et haqqını…


Ad günün mübarək olsun, Şəhidim!


Bu Vətən sizin axmış qanınızla yaşayır. Bu Bayraq sizin ruhunula yüksəlir. Bu Torpaq sizin pak nəşini qucduğu üçün şərəflənər. Bu Millət, sizin əbədiyyət yolunuz sayəsində var olar. Sizlərə nə öygü desək yetməz. Yetdiyiniz o şanlı ucalığı öyməyə söz tapılmaz.


Tanrı o müqəddəs adınızı bu məmləkət üzərindən əskik eləməsin.

Şanınız uca olsun, Etibar bəy!

GÜNÜN MÜBARƏK OLSUN, VƏTƏN OĞLU!

ELBARİZ Məmmədli

BU GÜN ŞƏHİD BALAMIZ ETİBAR ƏLİYEVİN DOĞUM GÜNÜDÜR.

Dar günündə tanıyıbdı hamını,
Vətən elə sizlər ilə Vətənmiş.
Sevgiləri mələklərlə dolaşan,
Doğrularla, düzlər ilə Vətənmiş.

Tanrı yazır hər taleyə yazını,
Milyonundan seçə bilər yüzünü,
Millət ona həsr eləyib özünü,
Özü olan Özlər ilə Vətətənmiş.

O dağlarda şöhrət bitib, şan bitib,
Hər daşında cana gəlib, can bitib,
Şəhid adı yaza dönüb, qan bitib,
Vətən elə Yazlar ilə Vətənmiş.

Bu xəbəri paylaşın: