Ermənilərin Ağdabanda azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 29 il ötür

Ağdaban soyqırımı 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri hesab edilir. Bu hadisə Azərbaycanın gözəl güşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının «Böyük Ermənistan» yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrım faktıdır.


130 evdən ibarət kənd düşmən hücumuna məruz qalıb. Erməni separatçıları tərəfindən kənd yandırılıb. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb. Həmin vaxt 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ağdabanın işğalı Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosiyanın əmri ilə həyata keçirilib. Erməni separatçıları Ağdabanda olan tarixi, memarlıq və mədəniyyət abidələri dağıdıb.

Bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsli davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də onlar Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş, xalqımızın əvəzsiz mənəvi xəzinəsi olan Ağdabanlı şair Qurbanın və onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandıraraq bu nəhəng söz sərraflarının bədii irsini, bütün külliyatını məhv etdilər.


Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında» Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

D.D. Elnur Səlim

Bu xəbəri paylaşın: