Öhdəlik götürmüş Vitali Balasanyan, Njdenin abidəsini sökdürə bilmədi

5 may 2021-ci ildə quldur rejimin təhlükəsizlik şurasının katibi Vitali Balasanyan, burada tikilən Qaregin Njdenin abidəsini sökmək üçün Xocavənd (Martuni) şəhərinə səfər edib. «İnsanlar, bu heykəlin götürülməsi yaxşı olardı» deyə Balasanyan əhaliyə müraciət edib.


Bu barədə “Haykakan Jamanak”a Martuni Şəhər Şurası Ağsaqqallar Şurasının üzvü Artak Mkrtçyan məlumat verərək deyib:


«Balasanyanın Martuninin digər kəndlərinə səyahət edib etmədiyini bilmirəm, amma Martuniyə səfərinin məqsədi Njde abidəsini götürməyin yaxşı olacağını söyləmək idi».

Martuni Ağsaqqallar Şurasının bu üzvünün dediyinə görə, abidənin sökülməsinə qarşı çıxan az sayda insan Balasanyanın ziyarətinin məqsədini bilirdi, onu eşidəndə bunun qarşısını almağa çalışdılar və bu günə qədər buna nail olublar. Mkrtçyana görə, dünən toplaşanlar Nzhdenin abidəsinin sökülməsinin konkret səbəblərinin açıqlanmasını tələb etdilər və Vitali Balasanyan bir neçə səbəbin adını çəkdi, lakin Artak Mkrtçyana görə, əhali narazı olduqlarını söyləyiblər. Balasanyan: «Öz işinizdir» dedi və çıxıb getdi.


Ağsaqqallar Şurasının üzvü Balasanyanın hansı dəlillər gətirdiyini soruşduqda deyib: «Bəzi şərtlər üzündən dediklərini açıqlamaq istəmirəm, amma bir şeyi dəqiq deyə bilərəm: konkret bir səbəb yox idi.» Artak Mkrtçyanın sözlərinə görə, meriyanın nümayəndələri və Vitali Balasanyanla birgə artıq bir neçə dəfə müzakirələr aparılıb, mövzu abidənin sökülməsi olub.

Artak Mkrtçyan, «Dəfələrlə bizə bunun oradan götürülməsinin yaxşı olacağını söylədi və aydın səbəblərə ehtiyacımız olduğunu, bildirdikdə isə mövzunun bağlandığını, ancaq bir müddət sonra yenidən sökülmə ilə bağlı müzakirələrin başladığını» söylədi.


İnfoteka24 erməni saytı yazır ki, Rusiyanın aparıcı təbliğatçılarından biri, ermənidən çox ermənilik edən Modest Kolerov da, Martuni şəhərindəki Qaregin Njde abidəsi sökülməsə, «Artsaxın» varlığını açıq şəkildə təhdid edib.

Uzun illərin təcrübəsi olan bir siyasi ekspert Njdenin rusofobiya və rus xalqının soyqırımının bir simvolu olduğunu yazır. Bir tərəfdən tarixə bələd bir adamdan belə bir azğınlığı eşitmək gülüncdür, digər tərəfdən abidənin aradan qaldırılması tələbinin erməni xalqının düşmənlərinə — türklərə və azərbaycanlılara deyil, bizim müttəfiqimiz olan Rusiyaya lazım olduğu ortaya çıxıb.


Modest Kolerovun statusunda deyilir: «КАРАБАХ
Пишут, что секретарь СБ НКР настаивает на ликвидации памятника Нжде в НКР. Я не поклонник секретаря СБ НКР, но скажу совершенно определённо: под знаменем Нжде у НКР НЕТ НИКАКИХ перспектив отношений с Россией. А это значит, что нет никаких перспектив у НКР в целом.
Ладно: названия улиц — и в России разные улицы налицо. Но настойчивость в прославлении ИМЕННО СЕЙЧАС и именно в Карабахе гитлеровца (и потому союзника Расул-заде) Нжде (якобы спасшего Сюник от турок) — более чем красноречива.П.С. И вовсе не потому, что Россия — обидится. Она этого может не заметить. А потому — что Нжде — символ русофобии и соучастник геноцида русского народа. И в Армении и Карабахе это хорошо известно. И потому — ложь отношений с Россией налицо.»


P.S. Fotoda Martuni sakinləri Qaregin Njdenin abidəsini sonadək qorumağa hazır olduqlarını bildirərək abidə üzərinə belə bir yazı qoyublar: «Heykəli kim götürsə — öldürəcəyik».

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: