Yığşdırın bu biyabrclıqı! Şəhid Fariz Həsənovun həyat yoldaşı yazır…
İndiyədək heç bir şikayət xarakterli status paylaşmamışdım. Amma dünən qarşılaşdığım situasiya məni buna vadar etdi. Dünən müqəddəs bayramımız idi. Hər kəs bilirki şəhid ailələri üçün bayramın b hərfi belə yaddır.
Mənimçün bayram dünən övladlarımı atasının qanı bahasına alınmış qənimətləri və şərəfsiz erməni mənfurlarinin boş qalmış papaqlarını göstərib qürur hissi duymaq idi…
Taksiylə getdik, 5 nəfər idik, 2 xanım və 3 uşaq. Qənimətlər parkına yaxınlaşanda, növbənin hədsiz çox olduğunu gördüm. Biraz gözlədik, sonra gördüm uşaqla gözləmək mümkün deyil, nəzarətçi oğlan var idi, ona yaxınlaşdım və şəhid ailəsi olduğumu bildirdim. Sağ olsun, əvvəlcə başsağlığı verdi, sənədim oldugunu soruşdu, məndə şəhid ailəsi olduğumu təsdiq edən vəsiqəni göstərdim və bizi novbəsiz keçirdilər.
Kassanın yanında da bir oğlan dayanmışdı, neçə nəfər olduğumuzu və usaglarin yaşını soruşdu. Ona nəzarətçi oğlan şəhid ailəsi olduğumuzu bildirməsinə baxmayaraq, bizi kassaya doğru yönləndirdi.
Heç nə demədim,çünki mahiyyəti birşey olmayan əl çirki olan pula görə Şəhidimin adını istifadə edəsi deyildim, amma onlara bildirilmişdi ki, Şəhid ailəsiyik. Nə isə, keçdim, kassaya 4 manat ödədim, uşaglara düşmürdü ödəniş. Və keçdik atamızın qanı bahasına alınmış qənimətlərə baxmağa.
Sözümün əsl mənası odur ki, əgər şəhid ailələrinə, qazilərə hörmət qoyulmayacaqdısa, niyə şəhid verirdim mən? Bu günkü gün 2 manatı Atamızın axan qanından üstün tutacaqdınızsa, niyə sinənizə döyüb, Qarabağı biz aldıq deyirsiniz? Qarabağı siz almadınız, Qarabağı qanı Vətən torpağına qarışmış oğullar aldı. Qarabagı öz yarını tək qoyub, balalarını atasız qoyub, sinəsini irəli verən oğullar aldi…
Qarabağı öz sağlamlığını bu Vətən yolunda qurban verib, bu dünyanın canlı Şəhidi olan oğullar aldı…
Söhbət orda olan 2 manatın mahiyyətindən getmir, söhbət bizim həqiqətən, azərbaycanlı olmağımızdan gedir.
P.S. Niyə bu məkanlarda döyüşlərdən dönmüş qazilərimiz işləməməlidirlər? Qazi zabitimizə süpürgəçilik təklif edən bu zehniyyəti ortaya qoyanlara qarşı mübarizə qaçılmazdır.
Alıntı: Ramil İsayev
