İordan çayının Qərb sahilində yerləşən Qivat-Zivee sinaqoqun kürsüsü çöküb.
«The Times of Israel» qəzetinin məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb və 130-dan çox insan yaralanıb.
Beş nəfərin vəziyyəti ağır, səkkizinin orta ağırdır, qalanlar yüngül xəsarətlər alıb.
Hadisə zamanı sinaqoqda təxminən 600 nəfər olub. Hadisənin səbəbləri barədə məlumat verilməyib.
Bu xəbəri paylaşın:
