Türkiyə Silahlı Qüvvələrinin (TSK) silah arsenalına yeni tank əleyhinə vasitələr əlavə edilib.
Bu xəbəri «TRT Haber» yayıb.
Qeyd edilib ki, «Kaplan» və «Pars» hərbi avtomobilləri sərt şərtlərdə işləyə bilirlər. Hər iki texnika anti-tank funksiyasını, eləcə də qabaqcıl nəzarət və komanda idarəçiliyi missiyalarını yerinə yetirirlər.

Nəqliyyat vasitələri həmçinin orta mənzilli silahların tank əleyhinə sistemini daşıyırlar. Yeni nəsil «ovçular» daşıdıqları dəqiq idarəolunan raketlərlə tankların ən böyük düşmənidirlər.
«Silah Daşıyıcı Avtomobillər Layihəsi» çərçivəsində «Kaplan» paletli, «Pars» isə təkərli vasitə olaraq inkişaf etdirilib. Layihə çərçivəsində 260 «Kaplan» və «Pars» istehsal edilərək TSK-nın invertarına təhvil veriləcək.

