İran mollaları niyə ermənilərə qardaş deyirlər?

Marqarita Simonyanın Azərbaycana qarşı dezinformasiya yaymasıyla tanınan «Sputnik»i bu dəfə fars qardaşlarının «Zəngəzur sancısından» yazıb.
Marqarita yazır ki, onun qardaşı Xamneyinin rəhbərliyi ilə İranın dəqiq mövqeyi erməni tərəfinə inam verib.


İrəvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və diplomatiya kafedrasının dosenti Qriqor Balasanyan bunu Sputnik Ermənistan-a verdiyi müsahibədə deyib.


İranın Ermənistanla sərhəddəki dəyişikliklərə dözməyəcəyini bildirməsindən sonra İrəvanın bəyanatları daha inamlı oldu.

İran, sərhədləri dəyişdirmədən belə sərhədlərindəki hər hansı bir dəyişikliyə və ya Mehri dəhlizinin açılmasına icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Məhz bu bəyanatlardan sonra erməni tərəfi dəhlizin birtərəfli qaydada açılması ilə bağlı danışıqların aparılmayacağı barədə açıqlamalar verməyə başladı.


Tam erməniliyini deşifrə edən Marqaritanın «Sputnik»i daha sonra yazır: «Erməni mətbuatında verilmiş bir xəbərə görə, İrandan bir neçə (10-a qədər) generalın respublikaya müzakirələr aparmaq üçün gəldikləri barədə açıqlamaları şərh etmək çətindir (çünki bu məlumatı təsdiqləmək çətindir), lakin Ermənistan Respublikasının hər zaman dost ölkə və İran üçün etibarlı qonşu olması bir həqiqətdir» …


PKK, PJD, ASALA və s. terrorçularla qucaq-qucağa yatan İran həqiqətən də qoşunlarını şimal sərhədlərində cəmləşdirir — hərçənd bu, ərəb terrorçularının — bir neçə yüzdən bir neçə min nəfərə qədəri — Qarabağın (Cəbrayıl və Zəngilan) yerləşməsi ilə bağlıdır — deyə mənbə qeyd edib.


Ruhaninin erməni bacısı rus agenti Simonyanın saytı yazır: «İranın Ermənistanda artan təsiri Azərbaycanı narahat etməyə bilməz. Bakıda, Şiə İranın Azərbaycandakı şiələrə kömək etməməsindən narazılığını bildirirlər. Eyni zamanda, İrana qarşı ən aqressiv davranan məhz Azərbaycanın olduğunu unudurlar» — deyə Balasanyan əlavə edib.

İranlı Artem Tonoyanın «Sputnik Ermənistan»-a verdiyi müsahibəsində qeyd etdiyi kimi, rəsmi Tehranın Azərbaycana təsir rıçaqları var, lakin burada çox şey Ermənistanın necə davranmasından asılıdır.


«Sual çox aydın şəkildə tərtib edilməlidir və Azərbaycan silahlı qüvvələrinin nümayəndələri Ermənistan Respublikasının ərazisini tərk etməyincə başqa bir şey müzakirə edilə bilməz» dedi.


Mayın 12-dən etibarən Azərbaycan hərbçiləri Ermənistanın Zəngəzur bölgəsindəki Qara göl (Sev liç) ərazisindədilər və burada erməni əraziləri hesabına özlərinə post qurmağa çalışırlar. Bənzər bir vəziyyət Geğarkunik bölgəsinin Kut kəndi istiqamətində irəliləyiblər.


30 il ərzində əzgil yemiş ayı kimi sus-pus qalan bu fars şovinizminin iyrənc tör-töküntülərinin Azərbaytcana qarşı sərgilədiyi tövr, nə insanlığa, nə qondarma fars-siyasi şiəliyinə, nə də İslam adına yaraşan bir məsələdir. Aşkar deyə biılərik ki, İranın molla rejimi anti İslami bir rejimdir və Azərbaycanəın torpaqlarının işğalında və talan edilməsində erməni faşizmi ilə birgə iştirak edib. Zamanında ABŞ-ın İrana qarşı planlanmış layihıəsinə aşkar etiraz edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdi ki, qardaş ölkəyə qarşı planda Azərbaycan öz ərazilərindən istifadəyə yol verə bilməz. Amma bu gün İran kimi siyasi əxlaqı olmayan bir rejim, erməniləri inandırmağa çalışır ki, Azərbaycana qarşı təsir rıçaqlarına malikdir. Adi bir vətəndaş kimi bildirirəm ki, bizim təsir rıçaqlarımız dağ başında tikdiyinin o su anbarından daha böyükdür. Qarşıdan gələn seçkidə ölkənin 50 milyonluq türk əhalisinin, məhz bizim özbəöz qardaşlarımız olduğunu deyəsən mollalar unudub. Amma bu il əbədiyyən xatirələrində qalacağı şəksizdir. Ən azı molla adıyla asilik etdikləri Allah belə bu antixalq, anti İslam rejimi xilas edə bilməyəcək. Dünyada ildə narkotikdən qazanılan 400 milyard dollarlıq narkotika gəlirlərinin bir marşurutu və yetişdirilməsi üçün Ermənistanla birgə Qarabağı «boz əraziyə» çevirən İran bu sahədən əldə etdiyi gəlirlərin əldən çıxması mollaların yuxusunu ərşə çəkib və mollaların «Zəngəzur sancılarının» əsil mahiyyəti də elə budur. Bu gün ciddi-cəhdlə adı çəkilən narko-tranziti Mehri üzərinə keçirməyə çalışırlar. ABŞ Dövlət Departamentinin saytında hələ 2015-ci ildə yayınlanmış hesabatın Azərbaycanla bağlı hissəsində bildirilirdi ki, Azərbaycan Əfqanıstan və İrandan Avropa və Rusiyaya gedən əsas narkotrafik marşrutları üzərində yerləşir: “Azərbaycan son illərdə sərhəd nəzarətini gücləndirmiş Türkiyə kimi qonşu ölkələr vasitəsilə narkotiklərin daşınması üçün də tranzit ölkə ola bilər. Azərbaycan hökuməti Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilərdə beynəlxalq sərhədlərin təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı narahatlığını dəfələrlə ifadə edib”.


Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsidir ki, bu gün Azərbaycan-İran sərhədinin 132 kilometri narkobaronlar və onların laboratoriyaları üçün açıq olub və etiraf etmək lazımdır ki, bu, həm MDB, həm Avropa və ümumilikdə, bütün dünya üçün çox böyük və ciddi təhlükə yaradırdı.

Azərbaycan öncə bu təhlükəni aradan qaldırdı. Bundan əvvəl ayrı-ayrı cinayət işlərində Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktları var. Həmin ərazilərdən nəinki tranzit, habelə orada emal edildikdən sonra İran-Azərbaycan-Rusiya və Ermənistan-Gürcüstan marşrutları üzrə narkotiklərin Rusiyaya və Avropaya yayılması üçün istifadə olunur. Hazırda Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarında plantasiyalar aşkar edilib.


Yəni İranın siyasi cığallığının kökündə dayanan başlıca səbəb bununla bağlıdır. Bu gün Ermənistanla şübhəli əlaqələr, şübhəli bəyanatlar və hərbi dəstək istiqamətində İranın fəaliyyətini nəzarətdə saxlamalıyıq. İran elə düşünməsin ki, bizim anti İran təsir rıçaqlarımız yoxdur. İrandan fərqli olaraq biz bu rıçaqlardan sadəcə şiə təəsübkeşliyi ilə istifadə etmirik. Amma tikilən su anbarının, saxlanan 160 erməni əsgərindən diversiya təlimlərindən də xəbərdarıq. Ən azı ikinci haqqında erməni millət vəkili Naira Melkonyanın tutarlı faktları var və tezliklə açıqlanacaq.

Hərçənd ki, farsdan türkə dost olmasa da, bir müsəlman qonşuluğumuz var. İslamda qonşuluğa böyük önəm verilir. Amma nədənsə özünü müsəlman ölkəsi sayan İran mollaları, müsəlmanlara deyil, ermənilərə qardaş deyirlər…


Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: