«Mənim sadiq yarım qara torpaqdı»…

Seymur Atilla yazıb: «Bura mənim balaca evimdi. 10 il Bakıda kirayədə qaldım, ayın axırı olmadan ev sahibi gəlib zəhləmi tökürdü.

Heyif deyil Vətən torpağı. Nə yer pulu istəyir, nə qaz pulu, nə də ki, su pulu. Adamı ağuşuna elə alır ki, nə soyuq hiss edirsən, nə də kirayə dərdin var.

Ən gözəl qoxu torpaq qoxusudur. «Əsgər Marşı»nın bütün sətirlərini yaşamış oldum. Bizimki elə bu qara torpaqdı»…

Alıntı: Azərbaycan-Türkiyə-Pakistan Dostluq Qrupu

Bu xəbəri paylaşın: