Paşinyanın tərəfdarları Koçaryanın qərargahını yumurta atəşinə tutub

Ermənistanda seçkiöncəsi siyasi gərginlik davam edir.

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarları eks-prezident Robert Koçaryanın seçki məntəqələrinə hücumlar edib.

Nəticədə tərəflər arasında qarşıdurma yaşanıb.

Ermənistan mətbuatının yaydığı məlumata görə, dünən axşam saatlarında Çarentsavan şəhərində növbəti dəfə insident baş verib. Belə ki, Nikol Paşinyanın tərəfdarları Robert Köçəryanın rəhbərlik etdiyi «Hayastan» blokunun qərargahına hücum edərək binanı yumurta atəşinə tutublar.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •