Ərdoğan Makronla da Qarabağı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla NATO sammiti çərçivəsində iyunun 14-də görüşəcək.

«Habertürk» xəbər verir ki, Ərdoğan ilə ciddi fikir ayrılıqları olmasına baxmayaraq Makron görüş tərəfdarı olduğunu bildirib.

«Prezident Ərdoğanla NATO, Suriya, Liviya, Dağlıq Qarabağ və Fransanın «radikal İslamçılıq»la mübarizəsini müzakirə edəcəyik», — deyə Makron vurğulayıb.

Bu xəbəri paylaşın: