Köçəryan sorğuda Paşinyanı üstələdi

“Gallup” beynəlxalq sorğu şirkətinin sorğusunda iştirak edən respondentlərin 24.1% -i Ermənistanın sabiq prezidenti Robert Köçəryanın “Ermənistan” blokuna, 23,8% -i isə hazırkı Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazırdır.

Keçirilən sorğularda ilk dəfə olaraq, Köçəryan minimal fərqlə Paşinyanı üstələyib. Sorğuda ümumilikdə 1103 respondent iştirak edib.

Üçüncü yeri Artur Vanetsyanın “Mənim şərəfim var” bloku tutub, seçicilərin 7.4% -i ona səs verməyə hazırdır. Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3.7%, Edmon Marukyanın “İşıqlı Ermənistan” partiyası 3.1%, Şirinyan-Babacanyanın bloku 2.5%, Serj Sərkisyanın Respublikaçı partiyası 2.3%, “Milli Demokrat” partiyası 0.8% səs alıb.

Bu xəbəri paylaşın: