AVMVİB Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin (AVMVİB) müavini polkovnik Salman Musayev, ehtiyyatda olan mayor Nüşiravan Əliyevi doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı , xoşbəxtlik , ailə səadəti arzulayır.
Mayor Nüşiravan Əliyev 13 iyun 1972-ci il də anadan olub.
Bakı Texniki Universitetini bitirib. Mayor Nüşiravan Əliyev 1993-2020 –ci illərdə DİN-in Daxili Qoşunlarının Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında (Biləcəri, NZS qəsəbəsində), Qaradağ rayonunda (Sanqaçal qəsəbəsində) Hacıqabul rayonunda, Gəncə və Lənkəran şəhərlərində yerləşən hərbi hissələrdə tağım və bölük komandiri, hərbi hissənin avtomobil və zirehli texnika rəisi vəzifəlıərində xidmət edib.
Hal –hazırda o, Şamaxı rayon Asan xidmətində Təhlükəsizlik xidmətinin rəisi vəzifəsində çalışır. Mayor Nüşiravan Əliyev 1993-cü ildə “CİDO” və “KARATE” üzrə Azərbaycan çempionu olmuş, 2009-cü ildə isə Gəncə şəhərində yerləşən Daxili Qoşunlarda xidmət edərkən Daxili Qoşunların hərbiçləri arasında silahdan atıcılıq üzrə qoşunlar üzrə I yeri tutub.
Mayor Nüşiravan Əliyev hümanistliyı və səmərəliyi ilə seçilən, ən məhsuldar dövrünün 27 illik Şərəfli Xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmişdir.
Mayor Nüşiravan Əliyev Vətənə, Dövlətə və Xalqa sədaqqətlə xidmət etmişdir.
O, Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə bir avtomobil və zirehli texnika xidmət rəisi kimi məsuliyyətlə yanaşıb.

Mayor Nüşiravan Əliyev səmərəli və məqsədyönlü fəaliyyəti, Daxili Qoşunlar komandanı və hərbi hissə komandanlığı tərəfindən həmişə qiymətləndirildiyinə görə, Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının eləcədə xidmət etdiyi hərbi hissə komandirlərinin müvafiq əmri ilə xidmətdə fərqləndiyinə görə bir sıra medallarla, döş nişanı ilə və “Fəxri Fərmanla” mükafatlandırıb.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev