Beyləqanda şəhid məzarları ziyarət edilib

Beyləqan rayonu Mil qəsəbəsində şəhid Ramiz Mehtiyevin əziz xatirəsinə həsr olunmuş tədbir onun məzarı başında keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi sədrinin müavini Əlövsət Məmmədov məlumat veriblər.


Tədbirdə AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov iştirak ediblər.


Bölgə veteranları şəhidlərimizin unudulmaması üçün bu istiqamətdə silsilə tədbirlər keçirirlər.


Şəhid Ramiz Mehtiyevin məzarı ziyarət edilib, gül qoyularaq ruhuna dualar oxunub.Şəhidin qardaşı Rasim Mehtiyev AVVİB-nin fəxri üzvüdür və rayonda xeyriyyəçi kimi tanınıb. Ümumiyyətlə, bu ailə üzvlərinin hamısı müharibə veteranlarıdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: