Kredit təşkilatı qazilərin borcunu sildi

«İDK BOKT» MMC- nin Müşahidə Şurasının qərarı ilə 44 günlük Vətən müharibəsində xüsusi fəallıq göstərərək yaralanmış borcalanların kredit borcları tamamilə bağışlanmışdır.

Qeyd edək ki, təşkilatın Mərkəzi Bankın lisenziyası əsasında qısa və uzunmüddətli, təminatlı və təminatsız kreditlər vermək, girov əmanəti qəbul etmək, həmçinin «Bank olmayan kredit təşkilatları haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ vardır.

Bu örnək addımı alqışlayırıq…

Elnur Səlim

Bu xəbəri paylaşın: