İyunun 26-da, həm Suraxanı Rayon İcra Hakimiyyəti, həm də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin üzvləri Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov məlumat verib.
44 günlük Vətən müharibəsindən geri dönmüş gənclərimizin Fəxri fərmanlarla təltif olunması mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri, hər iki müharibənin iştirakçısı Elmar Məmmədovun və Goranboylu müharibə veteranlarının da iştirak etməsi maraqla qarşılandı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri E. Rüstəmov daim vətənpərvərliyi təbliğ edən tədbirlərin keçirilməsi, gənclər arasında yarışmalar, məktəblilərlə görüşlər, müsamirələr, veteranlarla bağlı tədbirlər və s. keçirməsi daim bir örnək olub. Bu il də Zəfər müjdəli Ordu Gününün xüsusi coşquyla qeyd olunması hər kəsin ürəyincədir.

«Ordum varsa, Yurdum var!» Tanrı ordumuzu və Ali Baş Komandanımızı qorusun!
Nurlan Məmmədli


