«Türkiyə ilə əlaqələr bizim üçün əhəmiyyət kəsb edir və bölgənin sabitliyini təmin edir».
«TRT Haber» xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət televiziyası «Rossiya-1» telekanalına verdiyi açıqlamada deyib.
O, Türkiyənin NATO üzvü olduğunu xatırladaraq bildirib:
«Türkiyə ilə münasibətlərimiz NATO üzvləriylə tərəfdaşlıq qurmağın mümkünlüyü və zəruriliyinin bir nümunəsidir».
Peskov Rusiyanın NATO ilə oturub danışa biləcəyini də vurğulayıb:
«Çünki yalnız dialoq içində narahatlıqlarınızı qarşı tərəfə düzgün şəkildə çatdıra bilərsiniz. Münasibətləri yenidən başlatmaq cəhdlərinə baxmayaraq, ultimatum ilə müəyyən mövzuları qəbul etdirməyə cəhd edilir. Qarşı tərəfin bu hərəkətləri dialoqu qeyri-mümkün hala gətirir».
Kremlin sözçüsü Rusiyanın NATO ilə konstruktiv əlaqələr qurmaqda maraqlı olduğunu xatırladıb.
Mənbə: Publika.az
