TƏBRİK: KAPİTAN MƏMMƏDOVA XURAMAN DADAŞ QIZI-64

AVMVİB rəhbərlik, Fədai kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev müharibə veteranı Məmmədova Xuraman Dadaş qızını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir , həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib – tükənməyən nailiyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.


Müharibə Veteranı Xuraman Məmmədova 06.07.1957-ci ildə Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub , o 1974-cü ildə Şirvan (keçmiş Əlbayramlı) şəhərində orta məktəbi , 1976-cı ildə isə Şirvan şəhərində Sənaye texnikomunu bitirib.


O, 1974-cü ilin sentyabr ayından – 1992 ci ilin iyun ayına kimi , Şirvan şəhər Yol idarəsində və Şirvan .əhər hərbi cihazlar Zavodunda ümumi şöbədə məhsul icraçı ümumi şöbə müdiri və kadırlar şöbəsinin rəisi olub.


Xuraman Məmmədova 1992-ci ilin iyul ayından -2007 ci ilin dekabr ayına kimi, Daxili işlər nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin Şirvan şəhərində yürləşən tədris alayında Nizami hissə rəisinin köməkçi, Nizami hissə rəisi, Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən Alayda və
briqadada Nizami hissə rəisi , tərbiyə bölməsində isə baş təlimatçı vəzifəsində xidmət edib.


Müharibə Veteranı Xuraman Məmmədova Peşəkarlığı , humanistliyi və səmərəliyi ilə secilən ən məhsuldar dövrünün 47-illik şərəfli xidməti yolunun on beş ilini Daxili Qoşunlarda hərbi xidmətdə, 32 ilini isə müvafiq idarələrdə, zavodlarda və Peşə liseyində keçirib. O , 2008-ci ildən hal hazırki dövrə kimi Şirvan şəhərində yerləşən peşə liseyində kadırlar şöbəsinin rəisi vəzifəsində işləyir. O , səmərəli fəaliyyət ilə işgüzarlıq və mənəvi keyfiyyətilə, təşkilatçılıq bacarığı ilə daxili Qoşunlar Komandanlığının və xidmət etdiyi hərbi hissə komandirlərinin daimi diqqət mərkəzində olmuşdur.


Ehtiyatda olan kapitan X.Məmmədova ona , həvalə edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb , Xidmətdə fərqləndiyinə görə O, Daxili işlər nazirinin , Daxili Qoşunlar Komandanın və xidmət etdiyi hərbi hissənin komandirlərinin əmrləri ilə müvafiq medallarla , döş nişanı
ilə , “Fəxri – Fərmanla “ və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev Calal oğlu

Bu xəbəri paylaşın: