TƏBRİK: MAYOR SADIXOV KAMİL ÇƏRKƏZ OĞLU -54

AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev müharibə veteranı ehtiyyatda olan mayor Sadıxov Kamil Çərkəz oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib – tükənməyən nailiyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.


Mayor Sadıxov Kamil Cərkəz oğlu 06.07.1967 ci ildə Ermənistan Respublikasının Exednadzor rayonunun Qabaxlı kəndində anadan olub . O , 1984 cü ildə orta məktəbi , 1991ci ildə isə Gəncə şəhərində Aqrar (Kənd təsərrüfatı) üniversitetini bitirib.


Ehtiyatda olan mayor Kamil Sadıxov 1985-1987-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Krasnoyarsk diyarının Uzur şəhərində müddətli hərbi xidmətdə olub.

O, 1991-ci ildə Göygöl rayonunda Aqronom vəzifəsində, 1992-ci ildə isə Sumqayıt şəhərində kimya istehsal zavodunda növbə rəisi olub.

K.Sadıxov 1993-2014 cü illərdə Daxili işlər nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin Sumqayıt şəhərində, Quba rayonunda, Bakı şəhərinin isə Binəqədi, Nərimanov və Sabuncu rayonlarında yerləşən hərbi hissələrində avtomobil və zirehli texnika taqım və bölek komandiri, hərbi hissənin avtomobil və zirehli texnika xidmətin rəisi ,hərbi hissənin Silah xidmətinin rəisi hərbi hissə komandirinin maddi – texniki təminat xidmətləri üzrə müavini vəzifələrində xidmət edib.


Müharibə Veteranı Sadıxov Kamil peşəkarlığı, humanistliyi və səmərəliyi ilə secilən ən məhsuldar dövrünün 23 (iyirmi üç) illini şərəfli xidməti yolunun iki ilini Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə , iyirmi bir ilini isəDaxili Qoşunlarda kecirmişdir.


Ehtiyatda olan mayor Kamil Sadıxov Dövlətə , Xalqa sədaqətlə xidmət etmişdir. O, işgüzarlıq və mənəvi keyfiyyətilə ,təşkilatçılıq bacarığı ilə nəzəri və praktiki biliyi ilə Daxili Qoşunlar Komndanlığının və hərbi hissə komandirlərinin daimi diqqət mərkəzində olmuşdur.


O, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində,, cinayətkarlığa qarşı mübarizədə , ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə layiqincə
yetirilməsinə məsuliyyətlə yanaşıb.


Kamil Sadıqovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili Qoşunların Komandanlığı və xidmət etdiyi hərbi hissənin komandirləri tərəfindən yüksək qiymətləndirildiyinə görə O, Daxili İşlər nazirinin, Daxili Qoşunlar komandanının və hərbi hissə komandirinin müvafiq əmrləri ilə xidmətdə
fərqləndiyinə görə müvafiq Medallarla , Fəxri Fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev Calal oğlu

Bu xəbəri paylaşın: